|
|
səhifə | 212/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| oca cavab vermək üçün qüvvəsini toplayaraq inildədi.
– Ah! Oğlum, onun nə qədər bədbəxt olduğunu bilsəydin! Bu brilyant əhvalatından sonra Nazinin bir su pulu belə qalmamışdır. Halbuki bala getmək üçün o, özünə paltar sifariş etmişdir. Bu, qızıl tikməli paltardır, özü də, ehtimal ki, ona çox yaraşır. Əclaf dərzi isə borc tikmək istəmədiyindən Nazinin qulluqçusu paltarın hesabına min frank verməyə məcbur olmuşdur. Zavallı Nazi! Bu dərəcəyə çatmaq! Ürəyim lap çatlayırdı. Lakin qulluqçu Restonun artıq Naziyə inanmadığını görüb, pulunun qorxusuna düşmüş və dərzi ilə min frankını geri almayıncaya qədər paltarı verməməyi şərtləşmişdir. Sabah baldır, paltar da hazırdır, amma Nazi müsibət içində! O, mənim çəngəl-bıçaqlarımı borc götürüb lombarda qoymaq istəyirdi. Əri tələb edir ki, Nazi bala getsin və Nazinin, guya, satdığı brilyantları bütün Parisə göstərsin. O, bu dəhşətli insana heç deyə bilərdimi ki: “Mənim min frank borcum var, ödəyin?” Əlbəttə, deyə bilməzdi. Mən bunu başa düşdüm. Delfina bala zəngin paltarda gedəcək. Anastazi isə bu barədə kiçik bacısından geri qala bilməz. Zavallı qızım, o, acı göz yaşı tökürdü. Dünən on iki min frankım olmadığına görə nə qədər utandığımı bilsəydiniz... Mən bu böyük günahımı yumaq üçün bu gərəksiz
həyatımın qalan günlərini ona qurban verərdim. İndi işin nə yerdə olduğunu görürsünüz: mən hər şeyə tab gətirə bilərdim, ancaq sondəfəki pulsuzluğum mənim bütün varlığımı alt-üst elədi. Yo-ox. Mən çox da fikirləşmədim, elə birnəfəsə, qızışıb, kəmərləri və qab-qaşığı altı yüz franka satdım, sonra isə öz ömürlük rentamı Qobsek dayıya dörd yüz franka girov qoydum. Nə eybi var, quru çörək yeyərəm!
Cavanlığımda quru çörəklə az dolanmamışam, indi də birtəhər keçinərəm. Bunun əvəzində mənim Nazim
öz gecəsini şad-xürrəm keçirər. Onun paltarı hamınınkından qəşəng olacaqdır. Min franklıq kağız yastığımın altındadır. Yazıq Nazini şad edəcək bir şeyin başımın altında olduğunu duyduqca, ürəyim isinir, fərəhlənirəm. İndi o, bu yaramaz Viktorinanı qova bilər. Heç belə şey görünübdür ki, qara aş öz xanımına inanmasın? Sabah mən yaxşı olacağam. Saat onda Nazi yanıma gələcək. Mən qətiyyə
Dostları ilə paylaş: |
|
|