|
|
səhifə | 22/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| olduqca, onları az sevirlər. Öz adamlarından nə qədər uzaq olarlarsa, o qədər də onlara artıq xidmət göstərməyə çalışarlar. Mahiyyətcə xırdacıl, yalançı və mənfur olan bu insan təbiətləri, heç şübhəsiz, madam Vokenin simasında birləşmişdi.
Votren deyirdi ki:
– Əgər mən o zaman burada olsaydım, sizin başınıza bu fəlakət gəlməzdi. Mən onun fırıldağının üstünü açardım. Bu cür oyunları mən çox yaxşı bilirəm.
Madam Voke bütün məhdud təbiətli insanlar kimi, adətən, hadisələrin dairəsindən xaricə çıxmır və bunların səbəblərini araşdırmaq üçün özünə əziyyət vermirdi. O, məmnuniyyətlə öz səhvlərini başqalarının boynuna atardı. O, bu ziyana düşdüyü zaman, bu macəranın əsas günahını namuslu vermişel fabrikantında gördü. Söylənildiyinə görə, bu hadisədən sonra onun gözləri açılmışdı, Qorionu tanımışdı. Naz-qəmzə satmaq və qəşənglik üçün etdiyi xərclərin bihudə olduğunu anladıqdan sonra madam Voke çox da düşünmədən, bu müvəffəqiyyətsizliyin səbəbini kəşf etdi. Madam Voke başa düşdü ki, onun ifadəsi ilə , Qorionun özünə məxsus pis adətləri var. Bir sözlə, məhəbbətə bəslədiyi ümidlərinin puç bir əsas üzərində qurulduğunu və bu cür işlərə vaqif olduğu görünən qrafinyanın bu qədər canlı şəkildə söylədiyi kimi, Qoriodan qazanc götürmək mümkün olmadığını dərk etmişdi. Madam Voke təbii olaraq ədavətdə dostluqdan daha şiddətli oldu. Onun nifrətindəki qüvvət keçmiş məhəbbətə deyil, aldanmış ümidlərə müvafiq gəlirdi.
İnsan qəlbi könül münasibətlərinin zirvələrinə yüksəldiyi zaman, adətən, ara-sıra yorğunluğunu alır, lakin kinli hisslərin ağır enişi ilə enərkən gec-gec dincəlir. Bununla belə, Qorio, hər halda, onun kirayənişini idi və buna görə də dul arvad təhqir edilmiş mənliyinin odunu söndürməyə, məyusluqdan doğan ahlarını azaltmağa və iqumenin təhqirlərinə dözməyə məcbur olan bir rahib kimi öz intiqam ehtiraslarını söndürməyə məcbur olurdu. Kiçik qəlbli insanlar öz pis, yaxud yaxşı ehtiraslarını xırdaçılıqla təmin etməyə çalışarlar. Dul arvad öz düşməninə gizli zərbələr vurmaq üçün bütün qadın hiyləgərliyini səfərbərliyə aldı. O, başlanğıc olaraq ümumi süfrə üçün təyin etdiyi bütün artıq şeyləri kəsməyə qərar verdi. Madam Voke yenə əvvəlki proqramına qayıtmağa qərar verdiyi səhər Silviyaya dedi ki: “Süfrəyə daha nə
Dostları ilə paylaş: |
|
|