|
|
səhifə | 225/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| mü? Onlar bu saat buraya gələcəklər, mənim xəstələndiyimi eşidən kimi dərhal yanıma yüyürəcəklər. Jüsyen küçəsində mənə necə qulluq elədikləri yadımdadır. Pərvərdigara! Mən onlar gəlincəyə qədər otağın təmizlənməsini istərdim. Burada bir cavan oğlan mənim torfumun hamısını qalamışdır.
– Pilləkəndən Kristofun səsi gəlir, o, odun gətirir. Bu odunu sizə həmin cavan oğlan göndərmişdir.
– Bu, yaxşı işdir, ancaq odun pulunu necə verək? Oğlum, mənim heç pulum qalmamışdır. Mən hamısını verdim, hamısını verdim. Artıq mən dilənçiyəm. Bəs o qızıl tikməli libas qəşəngmi görünürdü? (Ah, başım nə yaman ağrıyır!) Sağ ol, Kristof, Allah bunun əvəzini verər, mənim isə heç bir şeyim qalmamışdır.
Ejen Kristofun qulağına pıçıldadı:
– Mən sənin də, Silviyanın da haqqını verəcəyəm, qorxma.
– Kristof, qızlarım gələcəklərini sənə söylədilərmi? Get, yenə onları xəbərdar et, mən sənə yüz su verərəm. Onlara de ki, mən özümü pis hiss edirəm, ölüm ayağında onları qucaqlamaq, heç olmasa, son dəfə onlarla görüşmək istəyirəm. Bunu onlara de, ancaq ürəklərinə çox qorxu salma.
Rastinyak Kristofa işarə etdi, Kristof otaqdan çıxdı.
Qoca yenə dilə gələrək:
– Onlar gələcəklər, – dedi. – Mən onları yaxşı tanıyıram. Ah, mənim mehriban Fifinam, mənim ölümüm onun üçün böyük dərd olacaq. Nazi də onun kimi. Mən ölmək istəmirəm, mən onların ağlamasını istəmirəm. Mehriban oğlum, axı ölmək onları bir daha görməmək deməkdir. Hamının səfər etdiyi yerlərdə mən qızlarımın həsrətini çəkəcəyəm. Ata üçün uşaqlarından ayrılmaq cəhənnəm oduna yanmaq deməkdir. Mən bu zülmə onları ərə verdiyim gündən hazırlaşıram. Ah, Jüsyen küçəsi, o, mənim üçün behişt idi. Görəsən, mən behiştə düşəndən sonra ruh olub yenə yer üzünə qayıda bilərəmmi, qızlarımla görüşə bilərəmmi? Mən belə söhbətləri çox eşitmişəm. Bu, gerçəkdir ? Bax bu saat onları Jüsyen
küçəsində olduğu kimi görürəm. Səhərlər qızlarım aşağı enirdilər. Onlar: “Atacan, sabahın xeyir” deyirdilər. Mən onları dizimin üstün ə , onlarla zarafat edir, əylənirdim. Onlar mənimlə o qədər mehriban idilər ki... Biz hər dəfə bir yerdə səhər yeməyini yeyirdik, bir yerdə nahar edirdik, bir sözlə, mən ata idim, uşaqlarımın yaxınlığından zövq alırdım. Biz Jüsyen küçəsində yaşadığımız zaman onlar
mühakim
Dostları ilə paylaş: |
|
|