|
|
səhifə | 226/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ə yürütməz, həyatda heç bir şey anlamazdılar; məni çox sevirdilər. Pərvərdigara! Nə üçün onlar
balaca qalmadılar? Ah, nə yaman da ağrıyır, başım lap çatlayır! Vay, vay, məni bağışlayın, balalarım, başım bərk ağrıyır, demək, doğrudan da, ağrılar bərkdir, yoxsa siz məni hər bir ağrıya dözməyi öyrətmişdiniz! Pərvərdigara! Onların əllərini əllərimdə tutsaydım, heç bir ağrı hiss etməzdim. Siz nə fikirdəsiniz, onlar gələcəklərmi? Kristof elə səfehdir ki! Gərək mən özüm gedəydim. Kristof onları görəcək. Bəli! Siz dünən bala getmişdiniz. Onlardan mənə söhbət edin, necə oldu, nə edirdilər! Əlbəttə, onlar mənim xəstə olduğumu bilmirdilər, elə deyilmi? Yazıq qızlarım bunu bilsəydilər, əlbəttə, rəqs etməzdilər! Mən artıq xəstə olmaq istəmirəm. Onların mənə hələ ehtiyacı var. Sərvətləri təhlükə altındadır. Ərləri nə yaman adamlarmış! Məni sağaldın! Mən sağalmaq istəyirəm! Ah, nə yaman ağrıyır! Vay, vay, vay! Siz özünüz görürsünüz ki, məni sağaltmamaq olmaz: onlara pul lazımdır, mən bilirəm hara getmək, bu pulu harada qazanmaq lazımdır! Mən təmiz kraxmal üçün Odessaya gedəcəyəm. Mən mahir adamam, mən milyonlar qazanacağam. Ah, nə dəhşətli ağrılardır!
Qorio bir müddət sükut etdi: bütün gücü ilə ağrılara üstün gəlmək istədiyi görünürdü.
– Onlar burada olsaydılar, mən şikayət etməzdim, – dedi. – Şikayət etməyə heç bir səbəb olmazdı.
Qorio mürgülədi və huşa getdi. Kristof geri qayıtdı. Rastinyak Qorionun yatdığını zənn edərək, sifarişi
necə yerinə yetirdiyini ucadan danışmağa başlayan Kristofa mane olmadı.
– Mən əvvəlcə qrafinyanın yanına getdim, ancaq onunla danışmaq qətiyyən mümkün olmadı: əri ilə aralarında bərk toqquşma olmuşdur. Mən yenə də öz dediyimdə durdum, onda qrafın özü gəldi və mənə dedi ki: “Cənab Qorio ölür? Nə olsun ki! Elə yaxşı eləyir ki ölür. Mənim qrafinya ilə mühüm işlərim var, o, işlərini qurtarandan sonra gələcək”. Çox acıqlı görünürdü. Elə mən yenicə yola düşmək istəyirdim ki, birdən qrafinya daxil oldu: hansı qapıdan gəldiyini belə görmədim. Qrafinya dedi ki: “Kristof, atama deyərsiniz ki, ərimlə mübahisəm var, mən bu saat gələ bilmərəm: uşaqlarımın ölüm-dirim məsələsi həll
Dostları ilə paylaş: |
|
|