|
|
səhifə | 229/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| əni rüsvay etdiyi zaman duydum. Onun bu baxışından damarlarımda qan dondu. Mən mətləbin nə yerdə olduğunu aydınlaşdırmaq istədim, ancaq yer üzündə artıq adam olduğumu anlaya bildim. Təsəlli tapmaq üçün mən o biri gün Delfinanın yanına getdim, lakin orada da bir sarsaqlıq elədim, qızımın qəzəbinə səbəb oldum. Bu hadisələr mənə o qədər təsir etmişdi ki, ağlım belə başımda deyildi. Bir həftə əziyyət çəkdim, bilmirdim nə edim. Töhmətlərindən qorxduğum üçün yanlarına getməyə cəsarət etmirdim, nəticədə iş bu yerə gə ib çıxdı ki, onların qapısı mənim üzümə bağlandı. Aman yarəb, pərvərdigara! Mənim nə qədər dərd çəkdiyimi, iztirab gördüyümü sən özün ki bilirsən! Sən
bu müddət ərzində mənə vurulan ağır yaraların hesabını çəkirsən, bunların məni dəyişdiyini, qocaltdığını,
saçlarımı ağartdığını, lap öldürdüyünü bilirsən! Bəs sən nə üçün mənə indi də əzab verirsən, yarəb? Mənim günahım ancaq mənim şiddətli məhəbbətim idi. Mən ki bu günahımın cəzasını çəkmişəm! Onlar mənim bu məhəbbətimi zülmlə qarşıladılar, bədənimi cəllad kimi yırtdılar, dağıtdılar! Çarəm nədir!
Atalar həmişə axmaq olarlar. Mən onları o qədər sevirdim ki... Qumarbaz qumarxanadan ayrıla bilmədiyi
kimi, onlar da hər zaman məni cəzb edirdilər. Mənim cinayətim, mənim eşqim, ehtirasım, mənim hər şeyim mənim qızlarım idi. Ürəkləri bir şey istəyəndə qulluqçuları mənə söylərdi, mən də məni daha yaxşı qəbul etsinlər deyə istədiklərini alıb bağışlardım. Bununla belə, qızlarım kübar cəmiyyətində özümü necə aparmaq haqqında mənə dərs verdilər. Ancaq bu dərsin nəticəsini gözləmədilər, yalnız mənim üçün qızarmağa, utanmağa başladılar. Bəli, bəli, uşaqlara yaxşı tərbiyə verməyin nəticəsi budur! Axı mən qoca yaşımda təzədən məktəbə daxil ola bilməzdim! Aman Allah, nə dəhşətli ağrılardır! Həkim çağırın! Həkim çağırın! Başımı yarsaydılar, bir az dincələrdim! Qızlarım, aman qızlarım, Anastazi, Delfina, siz haradasınız? Mən onları görmək istəyirəm! Onların nca jandarm göndərin, onları zorla buraya gətirin! Ədalət mənim tərəfimdədir, təbiət mənim tərəfimdədir, qanunlar da mənim tərəfimdədir! Mən et
Dostları ilə paylaş: |
|
|