|
|
səhifə | 230/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| iraz edirəm. Atalar ayaqlar altında tapdalanarlarsa, vətən məhv olar. Bu, aydın məsələdir. Bütün cəmiyyət, bütün dünya atalıq hissi üzərində qərar tutmuşdur, balalar öz atalarını sevməzlərsə, hər şey dağılar. Ah, mən onların yalnız üzünü görə bilsəydim, səsini eşidə bilsəydim! Qoy nə danışırlar danışsınlar, nə fərqi vardır, mən yalnız onların səsini eşitmək istəyirəm. Xüsusilə Delfinanın səsinə ehtiyacım var, onun səsi mənim ağrımı azaldardı. Ancaq onlar buraya gələrlərsə, xahiş edərsiniz ki, həmişəki kimi mənə soyuq nəzərlə baxmasınlar. Ah, mənim dostum, cənab Ejen, baxışlarda parlayan qızılın boz bir qurğuşuna çevrildiyini görməyin nə qədər ağır olduğunu siz bilməzsiniz... Qızlarımın gözləri məni öz şüaları ilə artıq isindirmədikləri gündən bəri, mənim ömrüm soyuq qışa dönmüşdür, hirsimi, acımı unutmaqdan başqa çarəm qalmamışdır. Mən çox acıları ürəyimdə gizlətmişəm, çox həqarətlərə dözmüşəm. Mən hər ikisini o qədər sevərdim ki, hər bir təhqirə dözər, bu təhqir bahasına balaca fərəhlərimi satın alardım. Ata da öz qızları ilə oğru kimi görüşərmi? Mən onlara bütün ömrümü fəda etdim, halbuki onlar bu gün mənim
üçün bir saatı belə əsirgəyirlər! Atəş, ucalıq məni yaxıb-yandırır, içim od tutub yanır, ancaq onlar mənim can verməyimi yüngülləşdirmək üçün belə gəlmirlər... Mən artıq ölürəm, mən öldüyümü hiss edirəm. Görünür, onlar atanın cənazəsi üstündən keçmək nə olduğunu bilmirlər! Göydə Allah var, biz ataların intiqamını Allah alacaq, bizim xəbərimiz belə olmayacaq, yox, yox, onlar gələcəklər! Gəlin, ey mənim əziz balalarım, son dəfə mənim üzümdən öpün, ölüm duası əvəzində atanıza son busənizi verin, o, sizin üçün Allaha yalvaracaq, sizin yaxşı qız olduğunuza şəhadət edəcəkdir! O, sizi Allah dərgahında müdafiə edəcəkdir! Hər halda, günah onlarda deyildir. Dostum, onlar müqəssir deyillər. Bunu bütün dünyaya söylərsiniz ki, mənim üçün onları məzəmmət etməsinlər. Günah məndədir. Məni ayaqlar altında
tapdalamağı mən özüm öyrətmişəm. Bu, mənim xoşuma gəlirdi. Bunun heç kəsə dəxli yoxdur: nə yer üzündəki məhkəmələr, nə də adil Allah bu məsələyə qarışa bilməz. Əgər Allah mən onlara cəza verərsə, haqsızlıq edər. Mən özümə hörmət qazana bilmədim, mən özüm axmaqlıq edib öz hüququmdan əl çəkdim. Onların
Dostları ilə paylaş: |
|
|