|
|
səhifə | 233/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| anıma gətizdirsinlər, mən tələb edirəm, mən tələb edirəm!
– Siz ki onlara lənət oxudunuz? Qoca heyrətlə dedi:
– Sizə kim dedi? Siz ki çox yaxşı bilirsiniz, mən onları sevirəm, pərəstiş edirəm! Onların üzünü görsəm,
yenə sağalacağam! Gedin, mənim mehriban qonşum, gedin, mənim əziz balam, gedin, siz yaxşı adamsınız. Mən sizə təşəkkür etmək istərdim, ancaq can verən adamın xeyir-duasından başqa heç nəyim yoxdur. Ah, heç olmasa, Delfinanı görə bilsəydim, xahiş edərdim, sizin mükafatınızı o verərdi! Əgər böyük qızımı gətirmək mümkün olmasa, Delfinanı gətirərsiniz. Deyərsiniz ki, əgər gəlməsə, artıq siz də onu sevməyəcəksiniz. O, sizi çox sevir, o mütləq gələcəkdir! Ah, su, su! Ürəyim od tutub yanır! Başımın altına bir şey qoyun, ah, qızımın qolu başımın altında olsaydı, mən xilas olardım! Pərvərdigara! Mən öləndən sonra onların sərvətini kim qaytaracaq? Mən Odessaya getmək istəyirəm, onların xatiri üçün getmək istəyirəm... Odessaya vermişel hazırlamağa...
Ejen can verən qocanı sağ əli ilə qaldırdı, sol əli ilə ona dərmanlı kasanı verərək:
– İçin, – dedi.
Qoca taqətdən düşmüş əlləriylə Ejenin əlini sıxaraq:
– Bax, siz, – dedi, – siz, yəqin, atanızı və ananızı sevirsiniz! Siz başa düşürsünüzmü ki, mən qızlarımı görmədən ölürəm? Mənim on il daim ürəyim su üçün yanmış, ancaq yenə də su üzü görməmişəm! Kürəkənlərim mənim qızlarımı məhv etdilər. Bəli, onlar ərə gedəndən sonra artıq mən qızlarımdan məhrum oldum. Atalar, alatalardan tələb edin ki, izdivac haqqında qanun nəşr etsinlər! Əgər qızlarınızı sevirsinizsə, ərə verməyin! Kürəkən – qızlarınızın pozan, hər şeyi murdarlayan, çirkaba bulayan əclaf, alçaq deməkdir Yox olsun bütün izdivaclar! İzdivac bizi qızlarımızdan məhrum edir, can verəndə ,
bizi yad etməyə qoymur! Ataların ölumünü qanunlarla qoruyun! Bu, dəhşətli bir şeydir! İntiqam! Onları yanıma buraxmayan mənim kürəkənlərimdir! Öldürün kürəkənləri! Restoya ölüm, elzaslıya ölüm! Mənim qatilim onlardır. Ya sizə ölüm, ya da qızlarımı buraxın gəlsin! Ah, hər şey bitdi! Mən onlarla görüşmədən ölürəm! Hanı onlar? Nazi, Fifina, haradasınız, nə üçün gəlmirsiniz? Atanız can verir...
– Sevimli atam Qorio
Dostları ilə paylaş: |
|
|