|
|
səhifə | 236/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| iyi salona daxil oldu. Qrafinya kreslonun ölümə məhkum dustaq kimi, ağlar halda salonda əyləşmişdi. Ejenin ona yazığı gəldi. Rastinyakın üzünə baxmazdan əvvəl, qrafinya ərinə doğru cəsarətsiz nəzər saldı: cismani və mənəvi istibdad altında büsbütün taqətdən düşdüyü görünürdü. Qraf başı ilə işarə elədi, qrafinya isə danışmaq üçün icazə verildiyini anladı.
– Mən hamısını eşitdim, cənab Rastinyak. Atama deyərsiniz ki, mənim nə vəziyyətdə olduğumu bilsəydi, məni bağışlardı. Mən belə bir zindan əzabını təsəvvürümə gətirə bilməzdim, – deyə ərinə müraciət etdi.
– Bu, mənim qüvvəm xaricindədir, lakin mən son nəfəsimə qədər təslim olmayacağam. Mən anayam! Sonra üzünü yenə Ejenə doğru çevirərək:
– Atama deyin ki, kənardan başqa cür görünsə də, onun barəsində mən məzəmmətə layiq deyiləm, –
deyə ümidsizliklə çığırdı.
Rastinyak qrafinyanın qəlbində dəhşətli dönüş üz verdiyini anladı; hər ikisinə baş əyib, gördüyü səhnədən mütəəssir halda salondan çıxdı. Qraf de Restonun sözündən bütün səylərinin bihudə olacağını anlamaq olardı. Rastinyak Anastazinin sərbəstlikdən məhrum edildiyini anladı.
Ejen Delfinanın evinə tərəf qaçdı. Delfina hələ yatağında idi. O:
– Sevimli dostum, – dedi, – mən xəstəyəm. Baldan qayıdanda mənə soyuq dəymişdir. Sətəlcəmdən
qorxuram. Bu saat yanıma həkim gələcək...
Ejen Delfinanın sözünü kəsərək:
– Lap bir ayağınız qəbirdə olsa belə, sürünə-sürünə getmək lazım gəlsə belə, siz atanızı ziyarət etməlisiniz. O, sizi çağırır! Siz onun ən zəif bir naləsini eşitmiş olsaydınız, bütün xəstəliyinizi unudardınız
– Ejen, bəlkə atam sizin söylədiyiniz qədər də xəstə deyildir, lakin mən sizin nəzərinizdən azacıq belə düşmək istəməzdim, odur ki siz nə arzu etsəniz, əməl edəcəyəm. Ancaq bunu da bilin ki, mən daha da bərk xəstələnərəmsə, atam buna qətiyyən tab gətirməz. Yaxşı! Həkim gələn kimi mən də gedəcəyəm... – Delfina Ejenin üstündə saatın zəncirini görməyərək: – Oho, – dedi. – Nə üçün saat üstünüzdə deyil?
Rastinyak qızardı.
– Ejen! Ejen! Əgər siz saatı itirmişsinizsə, satmışsınınzsa... Ah, bu, heç yaxşı olmazdı! Ejen yatağın üzərinə əyildi və Delfinanın qulağına pıçıldadı:
– Siz bunu bilməkmi istəyirsiniz? Çox gözəl! Sizə deyə bilərəm. Bu axşam atanızı bürümək
Dostları ilə paylaş: |
|
|