|
|
səhifə | 238/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| əməyən tədbirli alverçi kimi yarıqaşqabaqlı, yarıxoş sifətlə ona yaxınlaşdı.
– Əziz cənab Rastinyak, – dedi, – siz məndən də yaxşı bilirsiniz ki, Qorio atanın artıq bir su belə pulu yoxdur. O dünyaya getməyə hazırlaşan bir adama vermək onu korlamaq deməkdir; hələ onsuz da birisini kəfənliyə verməyə məcbur olacağıq. Siz mənə onsuz da yüz qırx dörd frank borclusunuz; bunun üstünə bir qədər də pulu və Silviyanın sizə yenə verəcəyi şamın pulunu gəlsək, cəmi iki yüz frankdan əskik etməyəcək. Mənim kimi dul qadın üçün bu qədər ziyan çəkmək isə yaramaz. Ədalətli olun, cənab Rastinyak, bu beş gündə mənim başıma gələn müsibətlərdən sonra yenə ziyan çəkməyim heç də yaxşı olmaz. Əgər bizim qoca mənə vəd etdiyiniz vaxta kimi evi tərk etsəydi, mən hələ on ekü belə özüm verərdim. Bu əhvalatlar isə mənim kirayənişinlərimə çox pis təsir göstərir. Əgər bu, müftə olacaqsa, mən onu xəstəxanaya göndərsəm, daha yaxşıdır. Mənim yerimdə olun. Pansionum mənə hər şeydən əzizdir: mən onun sayəsində dolanıram.
Rastinyak cəld Qorionun otağına qalxdı.
– Byanşon, saatın pulu haradadır?
– Stolun üstündə. Üç yüz altmışdan bir az artıq qalmışdır. Mən aldığım şeylərin pulunu tərtəmiz
vermişəm. Lombardın qəbzi pulun altındadır.
Ejen pulu götürüb yenə cəld aşağı endi. İkrahla madam Vokeyə dedi:
– Madam, indi də sizinlə hesablaşaq. Cənab Qorio sizin evinizdə çox yaşamayacaq... mən isə...
Dul arvad yarıməlul, yarışad halda, iki yüz frankı hesablaya-hesablaya:
– Bəli, – dedi, – biçarəni qapıdan çıxaracaqlar.
Rastinyak:
– Tez olun! – dedi.
– Silviya, verin, bir də, yuxarı qalxıb kömək edərsiniz.
Ejen madam Vokenin qulağına pıçıldadı:
– Silviyanı unutmayın, iki gecədir yatmır.
Rastinyak ayrılan kimi qarı dərhal Silviyaya yaxınlaşıb qulağına pıçıldayaraq:
– Yeddi nömrəli işlənmiş apar, – dedi. – Vallah, ölü üçün bu da yaxşıdır.
Ejen bir neçə pillə qalxdığından qarının tapşırığını eşitmədi. Byanşon ona dedi:
– Hə, gəl köynəyini dəyişək. Onu düz saxla.
Ejen xəstənin baş tərəfində dayanaraq, can verən Qorionu saxladı. Byanşon isə onun köynəyini dəyişdi. Qoca sinəsindən yapışdı, sanki, nə isə tutmaq istəyirdi. O, şiddətli ağrıdan inildəyən heyvan kimi uzun, acı bir nalə çəkdi. Birdən Byanşonun yadına düşdü:
– Belə de! Bədəninə dağ anda çıxardığımız medaly
Dostları ilə paylaş: |
|
|