|
|
səhifə | 242/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| dedi:
– Əlbəttə, onun üçün ölmək daha yaxşıdır! Görünür, zavallının bu dünyada ömrü o qədər də xoş keçmirmiş!
Bu, Ejenin nəzərində atalıq məhəbbətinin timsalı olan bir insanın cənazəsi üzərində söylənilən yeganə nitq idi. On beş pansioner, həmişəki kimi, boşboğazlıq etməyə başladı. Byanşonla Rastinyak doyduqdan sonra bıçaqların və çəngəllərin cingiltisi, gurultulu laqqırtılar arasında səslənən qəhqəhələr, üzlərdə görünən qarınqululuq və laqeydlik əlamətləri birdən-birə onlarda insan qəlbini donduran ikrah hissi oyatdı. Dostlar mərhum üçün keşiş çağırmaq və dua oxutdurmaq məqsədi ilə evdən çıxdılar. Mərhuma son borclarını vermək niyyəti ilə bütün xərclərini ixtiyarlarında olan kiçik məbləğə görə uyğunlaşdırmağa məcbur idilər. Axşam saat doqquzda cənazəni yenə həmin yoxsul otaqda bir-birinə calaşdırılmış iki taxta və iki şam arasında qoydular, keşiş də cənazənin yanında əyləşdi. Rastinyak yatmazdan əvvəl dəfn mərasiminin və ibadətin neçəyə başa gələcəyini keşişdən soruşub, baron de Nusingen və qraf de Restoya məktub yazaraq, dəfn xərcini ödəmək üçün vəkillərini göndərməyi xahiş etdi. Məktubları Kristofla göndərib, yorğun, əldən düşmüş halda yatağına uzandı.
Ertəsi gün Rastinyakla Byanşon bələdiyyə idarəsinə Qorionun ölümünü şəxsən xəbər verməyə məcbur oldular. Saaat on ikidə artıq ölüm rəsmən müəyyən edilmişdi. Rastinyak iki saat sonra keşişin haqqını şəxsən özü verməyə məcbur oldu, çünki kürəkənlərin nə vəkilləri gəldi, nə də pul göndərdilər. Silviya cənazəni dəfnə hazırlamaq və kəfənə bürüyüb tikmək üçün on frank tələb etdi. Ejenlə Byanşon haqq- hesab çəkib gördülər ki, mərhumun qohumları heç bir kömək etməsələr, pulları çatmayacaq. Byanşon güzəştlə Kaşen xəstəxanasından aldığı yoxsullara məxsus tabuta cənazəni özü qoymağa qərar verdi. Rastinyaka dedi ki:
– Bu alçaqların başına bir oyun açmalısan: Per-Laşezdə beş il müddətinə yer al, kilsədə ibadət və dəfn idarəsində üçüncü dərəcə ilə dəfn mərasimi təşkil elə. Qocanın kürəkənləri və qızları xərcləri ödəmək istəməsələr, başdaşı üzərində bu sözləri yazdırarsan: “Burada iki tələbənin pulu ilə qrafinya de Resto və baronessa de Nusingenin atası cənab Qorio dəfn edilmişdir”.
Ejen dostunun məsləhəti ilə de Nusingen və de Restogilə getdi, ancaq onu qapıdan içəri belə buraxmadılar. Hər iki evdə qapıçılara ciddi tapşırıq verilmişdi. Qapıçı
Dostları ilə paylaş: |
|
|