|
|
səhifə | 244/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| yalnız Rastinyak və Kristof qaldı. Kristof bəzən sayəsində pul qazandığı bu qocaya son borcunu vermək üçün qalmışdı. Rastinyak iki keşişin, müğənni oğlanın və dua oxuyanın yolunu gözləyirdi. O, bir kəlmə danışmaq iqtidarında deyildi, Kristofun əlini sıxırdı.
– Bəli, cənab , – , – o, yaxşı, namuslu adam idi: heç kəslə savaşmazdı, heç kəsə mane olmazdı,
heç kəsə pislik etməzdi.
Nəhayət, iki keşiş, oğlan və dua oxuyan gəldi. Kilsənin müftə ibadət etmək üçün o qədər də varlı olmadığı zamanlarda yetmiş franka nə mümkün idisə elədilər. Keşişlər bir cüz Li era və De rofundis duasını oxudular. Bütün ibadət iyirmi dəqiqə çəkdi. Keşiş və müğənni üçün ancaq bir matəm karet vardı; onlar Ejeni və Kristofu da özləri ilə aparmağa razı oldular.
Keşiş dedi:
– Cənazəni ötürən yoxdur, saat altının yarısıdır, ləngiməmək üçün tez də sürmək olar.
Lakin tabut arabanın üzərinə qoyulduğu zaman üstü gerbli iki karet yaxınlaşdı, içində heç kəs yox idi. Bu, qraf de Resto ilə baron de Nusingenin karetl r idi. Karetl r Per-Laşez qəbiristanına qədər dəfn mərasiminin ca gəldi. Saat altıda Qorio atanın cənazəsini təzə qazılmış qəbrə qoydular, qəbrin ətrafında qızlarının lakeyləri dayanmışdı, lakin onlar da yoxsul tələbə pulu ilə qoca üçün oxutdurulan qısa bir duadan sonra çəkilib getdilər.
İki məzarçı tabutun üstünü örtmək üçün bir-iki bel torpaq atdıqdan sonra dayandı. Məzarçılardan biri Rastinyakdan araqpulu istədi. Ejen cibini eşələdi, bir şey tapmadığın Kristofdan iyirmi su borc aldı. Öz- özlüyündə əhəmiyyətsiz görünən bu hadisə Rastinyaka dərin təsir bağışladı, qəlbini dəhşətli kədər bürüdü. , rütubətli qaranlıq əsəblərə toxunurdu. Ejen məzara baxaraq, saf qəlbinin müqəddəs həyəcanlarının doğurduğu gəncliyinin son göz yaşlarını bu məzarda dəfn etdi. Bu göz yaşlarının bir damcısı yerə düşüb, buradan göylərə qalxırdı. Rastinyak qollarını sinəsində çarpazlayıb, buludları seyr etməyə başladı. Kristof onun bu halına bir az baxdı və çıxıb getdi.
Ejen yalqız qaldıqdan sonra qəbiristanlığın təpəciyinə qalxdı və buradan Senanın ətrafında qıvrılmış Parisi gördü. İşıqlar yenicə yanmağa başlamışdı. Ejen gözlərini Vandom sütunu* ilə Əlillər Evinin günbəzi arasındakı yerə zillədi: burada onu cəzb edən kübarlar dünyası yerləşmişdi: Ejen uğuldayan bu arı pətəyini, balın dadını duymuş kimi, həris gözlərlə nəzərdən keçirdi və qəti qərarla dedi:
– İndi ; , !
O, kübarlar dünyasına meydan oxuyaraq ilk addımını atdı: Delfina de Nusingenin evinə nahar etməyə
getdi.
Dostları ilə paylaş: |
|
|