|
|
səhifə | 3/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| arşısından qırma daşla hörülmüş, tuaz1 enliyində dayaz bir arx çəkilmişdir. Arx boyunca da qumsal cığır gedir. Cığırın ətrafında ətir çiçəyi, ağ və göy çinidən olan böyük vazalarda nar ağacları və oleandrlar əkilmişdir. Bağçadan həmin cığıra tərəf bir bala qapı açılır: qapının üzərində belə lövhə var: “VOKENİN EVİ”, aşağısında isə: kişilər, arvadlar və sairə üçün ailə pansionu sözləri yazılmışdır. Torlu bala qapının səsli zəngi var. Gündüz bu qapıdan içəriyə baxanda küçənin qarşı tərəfində, arxın axırında qəribə bir divar görünür ki, bu divarın üzərində yerli bir rəssam yaşıl mərmər üslubunda bir tağ, divarın taxçasında isə Amur heykəli çəkmişdir. İndi qabığı soyulmağa başlayan, lak çəkilmiş bu Amura baxdıqda, rəmz həvəskarları bəlkə də bu heykəldə nəticələri qonşuluqdan müalicə edilən Paris məhəbbətinə bir işarə tapılar. Bu dekorasiyanın nə zaman çəkildiyini Amurun özülü üstündəki qismən pozulub getmiş bir yazı isbat edir. Bu yazıya görə, Volter 1777-ci ildə Parisə qayıtdığı zaman böyük təntənə ilə qəbul edilmişdi:
Kim olursan ol, zavallı insan, Əbədiyyətdir sənə .
Gecələr torlu qapının əvəzinə bağça möhkəm qapı ilə bağlanır. Küçə tərəfdəki hasarla sarmaşıqların əmələ gətirdiyi pərdə altında tamam gizlənmiş qonşu evin divarı arasında yerləşib, fasadboyu uzanan bağça Paris üçün o qədər mənzərəlidir ki, yoldan keçənlərin nəzərini cəlb edir. Bağçanın bütün divarları boyu ara-sıra əkilmiş meyvə ağacları və üzüm tənəkləri uzanır. Ağacların tozlu və cır meyvələri hər il madam Vokenin təşvişinə, onun kirayənişinlərlə söhbətinə səbəb olurdu. Divarboyu dar cığır görünürdü. Bu cığır cökə ağaclarına qədər davam edir. Yanlardan keçən cığırlar arasında düzbucaq bir lək salınmışdır; ləkdə ənginar, quzuqulağı, keşniş və kahı əkilmişdir, künclərində isə ehram şəklində qayçılanmış meyvə ağacları var. Cökələrin kölgəsi altında yerə yaşıl rənglə rənglənmiş dəyirmi stol basdırılmış, ətrafına skamyalar düzülmüşdür. Yayın qızmar günlərində günəşin, cücələri qırt toyuğun köməyi olmadan çıxara biləcək dərəcədə yandırdığı bir zamanda, kirayənişinlər burada əyləşib nəşə ilə qəhvə içirlər. Hər halda onlar belə bir israfçılığa yol verə biləcək qədər varlı görünürlər.
Mansardalı bu dördmərtəbəli ev yumşaq daşdan tikilmiş və Parisin, demək ol
Dostları ilə paylaş: |
|
|