|
|
səhifə | 36/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| hamısından yaxşı adamdır. Verdiyi bir şey deyil, ancaq bəzən məni yanlarına göndərdiyi xanımlar yaxşı araqpulu verirlər. Onlar hara, bizimkilər hara! Paltarlarına baxırsan, başdan-ayağa bəzək içindədirlər.
– Yoxsa onlar Qorio atanın “mənim qızlarım” dediyi xanımlardır? Onlar bir düjündür.
– Mən ancaq ikisinin yanına getmişəm, buraya gələn xanımların yanına.
– Görünür, sahibənin başı qarışmışdır. Bu saat gəlib səs-küy salacaq, getmək lazımdır. Kristof, südü pişikdən gözlə.
Silviya sahibənin yanına qalxdı.
– Bu nə deməkdir, Silviya? Saat ona on beş dəqiqə qalıb, siz isə məni hələ oyatmamısınız, siçan kimi yuxuya getmişəm. Ömrümdə hələ bu qədər yatdığım olmamışdır.
– Hamısı dumandandır. Elə qalın dumandır ki, lap bıçaqla kəsə bilərsən.
– Bəs səhər yeməyi?
– Əşi, siz nə danışırsınız! Sizin kirayənişinlər lap cin tayfasıdır, səhər qaranlıqdan durub gediblər.
– Silviya, düz danış, – madam Voke söyləndi. – Qaraqaranlıqdan yox, alaqaranlıqdan deyərlər.
– Yaxşı, qoy siz deyən olsun. Səhər yeməyini saat onda yeyə bilərsiniz. Mişonetka da, Puare də hələ oyanmayıblar. Evdə qalan elə onlardır, hələ kötük kimi yatırlar. Lap kötükdür ki, kötük.
– Amma Silviya, sən onları birləşdirirsən, sanki... Silviya axmaq bir qəhqəhə ilə gülərək:
– Nə sanki? – dedi. – İkisindən bir cüt çıxar.
– Qəribə şeydir, Silviya. Necə oldu ki, cənab Votren bu gecə Kristof qapının rəzəsini bağlayandan sonra
içəri daxil oldu?
– Lap tərsinə olub, xanım. Kristof cənab Votrenin səsini eşidib aşağı enmiş, qapını özü açmışdı. Amma siz
elə bilirsiniz ki...
– Koftanı bəri ver, tez səhər yeməyini hazırla. Kartoflu qoyun ətindən artıq qalanı gətir, biri iki liarlıq bişmiş armudu süfrəyə qoy.
Bir neçə dəqiqədən sonra Voke aşağı endi. Bu halda pişik süd kasasının üzərindəki boşqabı yerindən tərpədib, tələsə-tələsə süd içməkdə idi. Voke bağırdı:
– Piştə!
Pişik dərhal qaçdı, lakin az sonra yenə qayıdaraq, Vokenin ayaqlarına sürtünməyə başladı. Sahibə ona:
– Hə, hə, sürtün, qoca məlun, yaltaqlıq elə! Silviya! Silviya!
– Nə var, ay xanım, yenə nə olub?
– Bir baxsana, pişik südü içib qurtardı!
– Günah bu murdar Kristofdadır, mən ona demişdim ki, süfrəni salsın. Bəs hara çıxıb gedibdir? Narahat olmayın, xan
Dostları ilə paylaş: |
|
|