|
|
səhifə | 4/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ar, bütün evlərini bayağı bir mənzərəyə çevirən eyni sarı rənglə rənglənmişdir. Hər mərtəbənin xırda çərçivəli və pancurlu beş pəncərəsi var. Lakin bu pancurların heç biri o biri pancurlarla bir bərabərdə qalxmır, bəlkə, hamısı ayrı və yanakı sallanmışdır. Evin yan fasadının hər mərtəbədə ancaq iki pəncərəsi var, həm də aşağı mərtəbənin pəncərələrində heç bir bəzək-düzək yoxdur; bu pəncərələr dəmir torla qapanmışdır. Evin arxa tərəfində iyirmi fut enliyində bir həyət var, burada donuzlar, ev dovşanları və toyuqlar bir-birinə qarışmışdır. Həyətin dibində odun anbarı görünür. Anbarla mətbəx pəncərəsi arasında ərzaq üçün bir qutu sallanır, qutunun altından isə mətbəxin yağlı-çirkab suyu axır. Həyətdən Nev-Sent-Jenevyev küçəsinə tərəf balaca bir qapı açılmışdır. Qara aş hər zaman evin zirzibilini bu qapıdan bayıra tökür, həm də yolux xəstəli yaydığı üçün cərimə təhlükəsi baş verə biləcəyindən, həmin zibil yığınlarını təmizləmək üçün bol-bol su işlədir.
Aşağı mərtəbə sanki qəsdən ailə pansionu üçün yaranmışdı. Birinci otağın pəncərələri küçəyə baxırdı. Qapısı isə şüşəbənd idi. Bu, qonaq otağı idi. Qonaq otağından yemək otağına keçmək olurdu, bu da mətbəxdən pilləkən çərçivəsi ilə ayrılmışdı. Taxta pillələr isə rənglənmiş və sürtülmüşdü. Qonaq otağı nə qədər yoxsul və cansıxıcı görünürdü... Stullar və kreslolar gah parlaq, gah da tutqun rəngli zolaqları olan tüklü qumaşla örtülürdü. Otağın ortasında üstü qara xallı mərmərdən girdə bir stol, stolun üstündə isə bəzək üçün qızılı kənarları sürtülüb getmiş ağ çinidən bir qəhvə servizi qoyulmuşdu. Bu cür servizlərə bu saat hər yerdə rast gəlmək mümkündür. Otağın döşəməsi birtəhər döşənmişdir, divarlarına adam çiyni hündürlüyündə panellər vurulmuş, bundan yuxarıya isə parıldayan kağızlar yapışdırılmışdır. Kağızların üzərində “Telemak”* romanının əsas səhnələrinin təsvirləri var. Antik dünyanın qəhrəmanları boya ilə təsvir edilmişdir. Torlu pəncərələrin aralığındakı divarda pansionerlərin gözləri qarşısında Kalipso pərisinin Odisseyin oğlu şərəfinə düzəltdiyi ziyafətin mənzərəsi açılır. Qırx ildən bəridir bu mənzərə gənc pansionerlərin istehzasına hədəf olmuşdur. Onlar elə xəyal edirlər ki, ehtiyacın məcburiyyəti altında yeməyə məcbur olduqları nahara rişxənd etməklə öz talelərinin fövqünə yüksələ bilirlər. So
Dostları ilə paylaş: |
|
|