|
|
səhifə | 61/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| asdı, lakeyin sürücüyə bu sözləri söylədiyini eşitdi:
– De Roşfidin evinə.
Eşitdiyi sözlər, markizin sürətlə karet minməsi bu qadın üçün ildırım çaxmasına, göy guruldamasına bərabər . Onu dəhşətli qorxu bürüdü. Yüksək cəmiyyətdə ən dəhşətli fəlakətlərin əlaməti başqa şəkildə olmaz. Vikontessa yataq otağına çəkilib stolun yanında əyləşdi, zərif bir kağız götürüb, bu sözləri yazdı:
“Siz ingilis səfarətxanasında deyil, Roşfidgildə nahar etdiyinizə görə mənə izahat verməyə borclusunuz. Sizi gözləyirəm”.
O, əlinin ixtiyar titrədiyindən əyri çıxan bir neçə hərfi düzəltdi. K. imzasını qoydu (bu isə “Burqundiya
Klarası” demək idi) və zəngi çaldı.
Dərhal onun hüzuruna gələn lakeyə:
– Jak, – dedi, – saat səkkizin yarısında cənab de Roşfidin evinə gedib, markiz d’A udanın orada olub- olmadığını soruşarsınız. Əgər markiz orada , bu məktubu ona verməyi xahiş edərsiniz. Cavab lazım deyil. Əgər markiz orada olmasa, qayıdarsınız və məktubu mənə qaytararsınız.
– həzrəti salonda gözləyirlər.
Vikontessa qapını açaraq:
– Bəli, – dedi, – bəli, yadıma düşdü.
Ejen özünü son dərəcə narahat hiss etməyə başlayırdı. Xoşbəxtlikdən, nəhayət, vikontessa göründü və
elə bi iztirabla bu sözləri söylədi ki, Ejenin ürəyi sancdı:
– Bağışlayın, mən bir-iki kəlməlik məktub yazmalı idim, indi sizin ixtiyarınızdayam.
Madam de Bosean “o, madmazel de Roşfidlə evlənmək fikrindədir” düşündüyü halda, nə söylədiyinin fərqinə varmırdı. “Lakin o, sərbəstdirmi? Bu izdivac bu axşamdan gec olmayaraq pozulmalı, yoxsa mən... Bəli! Sabah bu barədə söhbət belə ola bilməz”.
Ejen:
– Kuzina... – deyə sözə başladı.
Vikontessa tələbəyə lovğa nəzər salaraq:
– Nə var? – deyə soruşdu.
Ejen qupquru qurudu.
Ejen bu “nə var” sualının nə demək olduğunu anladı. O, bu son üç saat ərzində bir çox şeylər öyrənmişdi, artıq ehtiyatlı tərpənirdi.
Ejen qızararaq yenə başladı:
– Madam... – O, bir az duruxdu, lakin özünü düzəldib, yenə sözünə davam etdi: – Məni bağışlayın. Mənim sizin himayənizə o qədər ehtiyacım vardır ki, sizin qohumluğunuzun bir zərrəsi belə mənə ziyan verməzdi.
Madam de Bosean acı təbəssümlə güldü: onun üfüqlərində artıq göy gurultusunun səsləri eşidilirdi.
Ejen sözünə davam edərək:
– Əgər siz mənim ailəmin vəziyyətini bilsəydiniz, – dedi, – himayə göstərdikl
Dostları ilə paylaş: |
|
|