|
|
səhifə | 63/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ...
Ja , Ejenin sözünü kəsərək:
– Hersoginya de Lanje gəlmişdir, – deyə xəbər verdi. Tələbə çox təəssüf etdiyindən, üzünü turşutdu. Vikontessa pıçıltı ilə Ejenə dedi:
– Əgər siz müvəffəqiyyət qazanmaq istəyirsinizsə, hər şeydən əvvəl, sadə və səmimi olmayın. Vikontessa ayağa durdu və hersoginyanı qarşılayaraq:
– Ah, mənim əzizim, xoş gördük! – dedi. Sonra onun əlini, öz bacısını qarşılayırmış kimi, səmimiyyətlə sıxdı. Hersoginya da məhəbbətlə vikontessanı öpdü.
Rastinyak öz-özünə:
“Bax bu, iki səmimi rəfiqədir, – dedi. – İndi mənə iki qadın himayə göstərəcək. Onların zövqü də bir- birinə oxşamalıdır. Buna heç şübhə ola bilməz ki, hər ikisi mənimlə maraqlanacaq”.
Madam de Bosean soruşdu:
– Əzizim Antuanetta, sizi görməkdə mən hansı bir xoş arzuya minnətdaram?
– Sadəcə, bir şeyə: ən markiz d’A uda-Pintonun cənab de Roşfidin evinə daxil olduğunu görüb, sizi evdə
tək tapacağımı düşündüm.
Hersoginya bu məşum sözləri söylərkən madam de Bosean dodaqlarını gəmirmədi, yanaqları qızarmadı, baxışında heç bir şey dəyişmədi, hətta üzü belə, sanki, işıqlandı.
Hersoginya Ejenə doğru dönərək əlavə etdi:
– Əgər mən sizin məşğul olduğunuzu bilsəydim..
Vikontessa:
– Bu, mənim qohumum müsyö Ejen de Rastinyakdır, – dedi. – Monrivodan heç xəbəriniz vardır ? Dünən
Serizi mənə deyirdi ki, onu heç yerdə görmək mümkün deyildir. O, bu gün sizin yanınıza gəlməmişdi ki?
Hersoginya hiss etdi ki, bu sualın ucu düz ürəyinə sancıldı: o, general Monrivoya dəlicəsinə aşiq olmuşdu, lakin onun hersoginyanı atması haqqında şayiələr gəzirdi.
Hersoginya qıpqırmızı qızararaq:
O, dünən Yelisey sarayında imiş, – dedi. Madam de Bosean:
– Görünür, o, xidmətdə imiş, – dedi. Hersoginya da gözlərində kin və qəzəblə:
– Klara, – dedi, – əlbəttə, sabah markiz d’A uda-Pinto ilə madmazel de Roşfidin adaxlanacağından
xəbəriniz var?
Zərbə çox qüvvətli olduğundan, vikontessa sapsarı saraldı, lakin yenə gülərək cavab verdi:
– Bu cür dedi-qodularla axmaq adamlar özlərinə təsəlli verirlər. Markiz d’A udanın Portuqaliyanın ən
şərəfli bir adını Roşfidə verməsinin nə mənası var? Roşfidlər dünənki dvoryanlardandır.
– Doğrudur, lakin deyildiyinə görə, Bertanın iki yüz min livr gəliri var.
– Markiz d’A uda ki
Dostları ilə paylaş: |
|
|