|
|
səhifə | 65/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| qulaq asarkən Ejenə soyuq nəzərlə baxdı və onun zövqunü bəyənməyərək, vikontessaya dedi:
– Kuzeniniz nabələd adamdır.
Madam de Bosean hersoginyanın bu sözlərinə və kuzeninə ürəkdən gülərək:
– Bəli, mənim əzizim, – dedi, – o, doğrudan da, nabələd adamdır və yaxşı zövqlərdən dərs almaq üçün özünə bir mürəbbiyə axtarır.
Ejen yenə hersoginyaya müraciətlə dedi:
– Hersoginya, mənə elə gəlir ki, bizi cəzb edən şeylərin sirrini öyrənmək arzusu tamamilə təbiidir, elə
deyilmi? (Öz-özünə isə belə dedi: “ nlarla söhbət etmək üçün mən bərbərlərə layiq sözlər icad edirəm”.)
Hersoginya:
– Lakin, – dedi, – məncə, qrafinya de Restonun özü müsyö de Trayın şagirdidir.
Tələbə:
– Bu, mənə qətiyyən məlum deyildi, – deyə cavab verdi, – ona görə də mən düşüncəsizliyimdən ikisinin arasına girdim. Bununla belə, mən əri ilə çox yaxşı yola gedirdim, arvadı isə müvəqqəti də olsa, mənim varlığıma dözməyə məcbur görünürdü. Lakin birdən-birə mənim ağlıma bir fikir gəldi: mən dəhlizdə qrafinyanı öpən və gözümün qabağında qapıdan həyətə keçən bir kişi ilə tanış olduğumu onlara söylədim.
Xanımlar:
– O kişi kimdir? – deyə soruşdular.
– Bir qocadır. O, Sen-Marso məhəlləsinin uzaq bir yerində, ayda iki luidora başını dolandırır. Mən yoxsul tələbə də orada yaşayıram. Bu, doğrudan da, bədbəxt bir adamdır, hamı ona gülür, məsxərəyə qoyur, onun adını “Qorio ata” qoymuşuq.
Vikontessa:
– Siz, həqiqətən, lap uşaqsınız! – dedi. – Qrafinya de Restonun qız familiyası Qorio olduğunu
bilmirsiniz?
Hersoginya əlavə etdi:
– O, vermişel fabrikantının qızıdır, meşşan ailəsindəndir, onu saray şəkərçisinin qızı ilə bir gündə saraya təqdim etmişdilər. Klara, yadınızdadırmı? Hələ kral gülmüş və latınca un barəsində bir məsəl demişdi: bu adamlar.. necə idi?.. Bu adamlar...
Ejen kömək edərək:
– Ejusdem farinae1, – dedi. Qrafinya təsdiq edərək:
– Doğru buyurursunuz, – dedi.
Tələbənin üzündə dəhşət göründü. Dedi:
– O, qrafinyanın atası imiş!
– Əlbəttə. Bu əcaib adamın iki qızı var. Hər ikisini dəli kimi sevir, ancaq hər ikisi ondan tamamilə əl çəkmiş kimi görünür.
Vikontessa hersoginya de Lanjeyə müraciətlə:
– İkinci qızı, – dedi, – alman familiyası daşıyan bir bankirin, gərək ki, baron Nusingenin arvadı deyilmi? Səhv etmirəmsə, onun adı Delfinadır. O, sarışın xanımdır, perada yan tərəfdəki lojanı i
Dostları ilə paylaş: |
|
|