|
|
səhifə | 73/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ının yanında əyləşənə baxaraq:
– Qorio atanın xətrinə kim dəysə, əvəzini məndən alacağına əmin ola bilər, – dedi. – O, bizim
hamımızdan yaxşı adamdır. – Sonra madmazel Tayferə doğru dönərək: – Mən xanımları nəzərə almıram,
– deyə əlavə etdi.
Bu sözlər hər şeyə yekun vurdu: Ejen bu sözləri elə ruhda söyləmişdi ki, hamı səsini kəsdi. Yalnız Votren
istehza ilə dedi:
– Qorio atanı himayə altına almaq və onun məsul vəkili olmaq üçün şpaqa ilə yaxşı vuruş və yaxşı güllə atmağı bacarma dır.
Ejen:
– Elə mən də bu niyyətdəyəm, – deyə cavab verdi.
– Demək, siz bu gündən etibarən müharibə elan edirsiniz? Rastinyak cavab verdi:
– Mümkündür. Lakin mən başqalarının gecələr nə ilə məşğul olduqlarını araşdırmaq niyyətində olmadığıma görə heç kəsə haqq-hesab verməyə borclu deyiləm.
Votren kəc bir nəzərlə Rastinyaka baxdı.
– Əziz oğlan, canbazların oyununa aldanmaq istəməyənlər canbazxananın içinə girməlidir, yoxsa kətan divarın yırtıqlarından baxmaqla kifayətlənməyin mənası yoxdur. – Sonra Ejenin yenə qızışdığını görüb əlavə etdi: – Bu söhbəti kəsək. Bu barədə başqa bir zaman, nə vaxt istəsəniz söhbət edə bilərik.
Nahar uzanır və məyus keçirdi. Rastinyakın sözlərindən tamam pərişan olan Qorio ata hamıda ona qarşı münasibətin dəyişdiyini, onu məsxərəyə qoyanların ağzını yumacaq bir cavan müdafiəçisi olduğunu anlamamışdı.
Voke pıçıldadı:
– Belə çıxır ki, Qorio ata qrafinyanın atası imiş?
Rastinyak cavab verdi:
– O həm qrafinyanın, həm də baronessanın atasıdır. Byanşon Ejenə dedi:
– O yalnız atalığa yarayar, mən onun başını yoxlamışam; başında ancaq bir şiş vardır ki, o da atalıq şişidir.
Qorio əsl atalardandır.
Ejen olduqca ciddi görünürdü, Byanşonun zarafatı onu güldürmədi. O, madam de Boseanın məsləhətlərindən istifadə etmək niyyətində idi. Haradan pul tapmaq mümkün olduğunu düşünürdü. Onun gözləri qarşısında səhra kimi boş, həm də bolluq vəd edən həyat üfüqləri açılırdı. Bu tamaşa onun qəlbində təlaş və qayğı oyatmışdı. Nahardan sonra hamı yavaş-yavaş dağıldı, yemək otağında Ejen yalqız qaldı.
Qorio həyəcanlı səslə ona dedi:
– Demək, siz mənim qızımla görüşmüşsünüz?
Qocanın bu sözləri tələbəni ayıltdı. Ejen Qorio atanın qolundan tutdu və dərin bir riqqətlə ona baxaraq:
– Siz, – dedi, – çox yaxşı, ləyaqətl
Dostları ilə paylaş: |
|
|