|
|
səhifə | 83/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| vincindən atılıb- düşməyə başladı. Bir sözlə, biz bütün günü başımızı itirmişdik, xalamızın dili ilə desək, bu o qədər gözə çarpırdı ki, nəhayət, anam ciddi bir halla bizdən soruşdu: “Qızlar, sizə nə olub?” Əgər anam bizi azacıq danlamış olsaydı, zənnimcə, biz daha məmnun olardıq. Sevdikləri adamın yolunda əziyyət çəkmək qadınlar üçün böyük fərəhdir. Yalnız mən, fərəhlənməyimə baxmayaraq, bir az fikrə daldım, məyus oldum. Görünür, mən yaxşı arvad olmayacağam – çox bədxərcəm. Mən bir az bundan əvvəl özüm üçün iki kəmər, bir də korsetimizdəki dəlikləri almaq üçün qəşəng bir burğu almışdım, bunun da nəticəsində mənim pulum şişman Aqatanın pulundan az oldu. Aqata qənaəti sevir, sağsağan kimi pulları yığıb təpə düzəldir, odur ki onun iki yüz frankı vardı! Mənim isə, yazıq dostum, ancaq yüz əlli frankım qalmışdır. Mən haqlı olaraq cəzamı aldım, kəmərimi quyuya atmaq belə istəyirdim, bu kəməri taxmaq artıq mənim üçün mümkün deyildir. Mən sənin pulunu oğurlamışdım. Amma Aqata çox yaxşı qızdır, o, mənə dedi ki: “Bu üç yüz əlli frankı ikimizin adından göndərərik!” Mən sənə əhvalatın gedişini təfsilatı ilə söyləmədim, amma sənin sifarişini yerinə yetirmək üçün bilirsənmi nə etdik? İkimiz də pulumuzu götürüb gəzməyə çıxdıq, lakin böyük yola çıxar-çıxmaz, yüyürə-yüyürə Rüfekə getdik, pulları “Kral poçt idarəsi”nin müdiri cənab Qrimbertə verdik. Geriyə döndüyümüz zaman qaranquş kimi qanad çalıb uçurduq. Aqata mənə dedi ki: “Bəlkə, xoşbəxtliyimizdən belə quş kimi uçuruq?” Biz bir-birimizə çox şeylər söylədik, ancaq bu sözləri, cənab parisli, mən sizə təkrar etməyəcəyəm, çünki bizim söhbətimizdə siz son dərəcə böyük rol oynayırdınız. Ah, mənim əziz qardaşım, biz səni çox sevirik, vəssalam. Qaldı ki, sirrin açılmağından heç qorxma, çünki xalanın dediyinə görə, bizim kimi saman altından su hər şeyi, hətta sükut etməyi belə bacarar. Anamla xalam sirli şəkildə Anqulemə yola düşdülər, səfərlərinin yüksək siyasi qayələrindən bir kəlmə belə bizə danışmadılar. Onlar getmə dən əvvəl uzun müddət məşvərət etdilər, bu məşvərətə
nə biz, nə də cənab baron buraxılmışdı. Rastinyak məmləkətində başlarda böyük fikirlər dolaşır. İnfantlar yenə əvvəlki kimi kraliça üçün muslindən hörmə çiçəkli paltar tikməklə
Dostları ilə paylaş: |
|
|