|
|
səhifə | 86/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| , bu dövrdə hər şey parlayır, qığılcım və alov saçır. Kişilərin və arvadların bihudə sərf etdikləri coşqun bir qüvvənin cövlan etdiyi dövr! Həyatın zövqlərini yalnız qat-qat
artıran borclar, təhlükələr! Senanın Sen-Jak küçəsi ilə Sen-Pyer küçəsi arasındakı sol sahilini tanımayanlar
insan həyatında heç şey başa düşməzlər.
Rastinyak hərəsi bir liara olan bişmiş armudları Vokenin pansionunda yediyi zaman düşünürdü:
– Ah! Paris xanımları bilsəydilər, məhəbbət axtarmaq üçün buraya gələrdilər!
Bu zaman “Kral poçt idarəsi”nin qasidi şəbəkəli bağ qapısının zəngini çalıb, yemək otağına daxil oldu. O, cənab Ejen de Rastinyakı xəbər aldı, ona iki kisə verərək, imza atmaq üçün qəbz təqdim etdi. Votrenin gözləri parladı: Rastinyaka elə baxdı ki, elə bil, onu qamçı ilə vurdu.
Votren:
– İndi sizin şpaqa döyüşü və güllə atmaq dərslərinin haqqını vermək üçün pulunuz var, – dedi. Madam Voke, kisələri nəzərdən keçirib:
– Qalionlar* gəlib çıxdı! – dedi.
Madmazel Mişono, hərisliyini büruzə verməmək üçün pula tərəf baxmaqdan ehtiyat edirdi. Madam Kutür:
– Ananız səxavətlidir, – dedi. Puare təkrar etdi:
– Ananız səxavətlidir. Votren dedi:
– Bəli, anacığaz öz qanını vermişdir. İndi atınızı çapa bilərsiniz, cəmiyyətdə dolaşa bilərsiniz, qarmaqla
varlı nişanlı tapa bilərsiniz, saçları şaftalı çiçəkləri ilə bəzənmiş qrafinyalarla rəqs edə bilərsiniz. Lakin mənim məsləhətimi unutmayın, cavan oğlan: güllə atmağa tez-tez gedin.
Votren düşməni hədəfə alan adam kimi hərəkət etdi. Rastinyak qasidə bəxşiş vermək istədisə də, cibində bir şey tapmadı. Votren cibini yoxlayıb qasidə iyirmi su atdı. Tələbəyə baxaraq:
– Siz hər vaxt kredit götürə bilərsiniz, – dedi.
Rastinyak ona təşəkkür etməyə məcbur oldu. Halbuki Ejen, madam de Boseanın yanından gəldiyi gün Votrenlə toqquşduqdan sonra artıq bu adamdan zəhləsi gedirdi. Votrenlə Rastinyak bir həftə bir-birinə rast gələndə salamlaşmaz, ancaq bir-birinin hərəkətlərini izləyirdilər. Ejen nahaq yerə özlüyündə bunun səbəbini aydınlaşdırmaq istəyirdi. Şübhəsiz, düşüncələr, onları doğuran qüvvəyə uyğun məsafədə təsir göstərir və mortiradan1 çıxan bir mərmini idarə edən qüvvə kimi, riyaziyyat elminin müəyyən qanu na əsasən, beyinin göndərdiyi hədəfə vur
Dostları ilə paylaş: |
|
|