|
|
səhifə | 89/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| Gedək, əzizim, gedək yuxarı, – dedi, – bu, bizə aid deyil.
Madam Kutürlə Viktorina getmək üçün ayağa durdular, lakin qapının ağzında yoğun Silviya qabaqlarını
kəsdi. Silviya:
– Elə bir bu qalmışdı! – dedi.
– Cənab Votren cənab Ejenə dedi:
– Məsələni aydınlaşdırarıq! Sonra onun qolundan tutub ənginara doğru getdilər. Bu zaman Votren göründü. Gülümsəyərək:
– Voke cici, – dedi, – heç qorxuya düşməyin, bu saat cökə ağaclarının altında mən tapançamı yoxlayacağam.
Viktorina, yalvarırmış kimi, əllərini çarpazlayaraq:
– Amandır, cənab Votren, – dedi, – siz Ejeni nə üçün öldürmək istəyirsiniz?
Vorten iki addım geri çəkildi və bir müddət Viktorinanın üzünə baxdı. İstehzalı bir əda ilə:
– Çox qəribə məsələdir, – dedi. Onun bu sözlərindən, zavallı qız qıpqırmızı qızardı. Sonra əlavə etdi:
– Amma bu gənc çox sevimli gəncə oxşayır, deyilmi? Mən ikinizi də xoşbəxt edəcəyəm. Madam Kutür talibəsinin qolundan tutub yan tərəfə çəkdi və qulağına pıçıldadı ki:
– Viktorina, mən bu gün səni tanıya bilmirəm, sən çox dəyişmisən.
Madam Voke:
– Mən evimdə tapança atılmağını istəmirəm, – dedi. – Belə vaxtda güllə atmaqla qonşuların hamısını
ayağa qaldırarsınız, polis tökülər gələr. Vorten:
– Yavaş, Voke cici, – dedi, – hər şey düzələr. Biz tirə gedirik.
O, Rastinyakın yanına qayıtdı və saymazyana onun qolundan tutaraq:
– Əgər mən otuz beş addımlıqda beş dəfə dalbadal güllə ilə qaratoxmaq vurduğumu sizə isbat etsəm, odunuz yenə yatmayacaq? Mənə elə gəlir ki, siz bir qədər dəlisovsunuz, sizi axmaq kimi öldürməyə məcbur olacağam.
Ejen cavab verdi:
– Siz artıq sözünüzdən dönursünüz! Vorten hədə ilə:
– Məni hirsləndirməyin, – dedi. Yaşıl rəngli skamyaları göstərərək: – Bu gün soyuq deyil, gedək orada
oturaq, heç kəs bizim söhbətimizi eşitməz. Mən sizinlə bəzi şeyləri aydınlaşdırmalıyam. Siz yaxşı oğlansınız, mən sizə pislik etmək fikrində deyiləm, and olsun yala... (lənət şeytana) Votrenin namusu haqqı, mən sizi sevirəm. Nə üçün sevdiyimi isə sonra sizə deyərəm. Mən sizi beş barmağım kimi tanıyıram və bunu bu saat sizə sübut edərəm. – Sonra dəyirmi stol işarə edərək: – Kisələrinizi buraya
Dostları ilə paylaş: |
|
|