|
|
səhifə | 93/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| in üzərinizə çilədiyi ildə min franklıq bir maaşla dolanacaqsınız, bu isə qəssabın itinə atılan sümük kimi bir şeydir. Oğruların üzərinə hür, varlıları müdafiə et, cəsur adamları gilyotinə göndər. Çox sağ olun! Sizə himayə göstərən bir şəxs tapılmasa, əyalət tribunalarında çürüyüb məhv olacaqsınız. Otuz yaşına çatdığınız zaman, hələ hakim mantiyasını cəhənnəmə atmamış olsanız, sizi min yüz frank maaşla hakim vəzifəsinə təyin edəcəklər. Qırx yaşında bir dəyirmançının qızını alacaqsınız, özünüzü altı min livr maaşla təmin edəcəksiniz. Çox sağ olun, bəd deyil! Halbuki himayəçiniz olsaydı, otuz yaşında əyalət prokuroru olub, min ekü maaş alardınız, şəhər bələdiyyə rəisinin qızı ilə evlənərdiniz. Səsvermə vərəqəsində Vil el əvəzində Man el* oxumaq kimi xırda-xırda siyasi alçaqlıqlara yol versəniz
(bu iki familiya həmqafiyədir, odur ki vicdan əzabı çəkməyə bilərsiniz), qırx yaşında general-prokuror
olarsınız, sizi deputat seçə bilərlər. Mehriban oğlum, bir şeyi unutmayın biz artıq vicdanımıza rəxnə vurmuşuq, iyirmi il ərzində çox əziyyətlər çəkmişik, gizli ehtiyaclara dözmüşük, bacılarımız isə evdə qalmışlar. Bir də, sizin diqqətinizi bir şeyə də cəlb etmək şərəfindəyəm: bütün Fransada ancaq iyirmi general-prokuror yeri var, halbuki bu yeri tutmaq istəyənlərin sayı iyirmi min nəfərdir, bunların içərisində isə bir pillə belə qalxmaq üçün öz ata-anasını sata biləcək cibgirlər də var. Bu peşə sizin xoşunuza
gəlməyə bilər, başqa bir peşə axtaraq. Bəlkə, baron de Rastinyak olmaq niyyətindədir? Çox gözəl, çox
gözəl! Lakin Parisdə iş tapmaq üçün on il gözləməli, ayda min frank xərcləməli, kitabxana, qəbul otağı saxlamalı, cəmiyyətdə dolaşmalı, boşboğazlıq etməli, vəkillərin ətəklərini öpməlidir. Bu peşə sizə yaraşırsa, mən də etiraz etmirəm, ancaq bütün Parisi axtarsanız, əlli yaşındlan yuxarı ildə əlli min qazancı
olan beş nəfər tapa bilməzsiniz. Yox, yox! Qəlbi çirkabla doldurmaqdansa, dəniz qulduru olmaq daha yaxşıdır. Bundan başqa, siz pulu haradan tapacaqsınız! Bu, o qədər də əyləncəli iş deyildi
Dostları ilə paylaş: |
|
|