|
|
səhifə | 95/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| top mərmisi kimi girməli, ya da taun kimi arasından keçməli; amuslu yolla heç bir şey əldə etmək mümkün deyildir. İnsanlar dahinin qüdrəti qarşısında səcdə edir və eyni zamanda, dahi hər bir şeyi tək özünə götürür deyə, ona iftira ataraq nifrət bəsləyirlər. Lakin o, hələ möhkəm durduqca, onun qarşısında səcdə etməyə məcburdurlar. Müxtəsər, dahini çirkaba bulaşdırmaq mümkün olmadığı zaman, diz çöküb ona pərəstiş edirlər. Hər yerdə satqına rast gələcəksiniz, halbuki istedad nadir şeylərdəndir. Buna görə də satqınlıq hər şeyi özünə tabe edən adi insanların əlində bir silah olmuşdur: bu silahın təsirini siz hər yerdə hiss edəcəksiniz. Siz ərləri vur-tut altı min frank alan arvadların bəzəkli paltarlara on min frankdan artıq xərclədiklərini görəcəksiniz. Min iki yüz frank maaşı olan məmurların mülk aldıqlarını görəcəksiniz. Siz Fransa perinin oğlunun kare gəzmək üçün qadınların özlərini satdıqlarını görəcəksiniz, çünki bu karet Lonşanın* orta xiyabanından keçmək mümkündür. Siz bu əbləh Qorio atanın qızının imza etdiyi vekseli ödəməyə məcbur olduğunu öz gözünüzlə görmüsünüz, halbuki onun ərinin ildə əlli min gəliri var. Sizinlə mərc gələ bilərəm ki, Parisdə iki addım atar-atmaz dərhal iblis fırıldaqlarına rast gələcəksiniz. Mən öz başımı bu kahı dəstəsinin qabagında mərcə qoyaram ki, sizin bəyəndiyiniz ilk qadın gənc, gözəl və zəngin olarsa, mütləq sizi bir arı pətəyinə sürükləyəcəkdir. Qadınlar qanunlarla daim münaqişədədirlər və hər bir bəhanədən istifadə edərək, ərləri ilə müharibə edirlər. Paltar, məşuq, uşaq, ev şeyləri, yaxud şöhrət üçün qadınların nə kimi sazişlərə girdiyini sizə nağıl etməyə başlasam, çox uzun çəkər. Hər halda, buna əmin ola bilərsiniz ki, xeyirxahlıq qadınlar arasında nadir şeylərdəndir. Bax buna görədir ki, namuslu insan hamıya düşməndir. Ancaq sizcə, namuslu adam kimə deyirlər? Parisdə namuslu adam – dinməyən adam, xeyrini, şərini hər kəsə söyləməyən adam deməkdir. Hələ mən zavallı ilotlardan1 bəhs etmirəm: onların qisməti daim əziyyət çəkmək, heç bir
zaman öz zəhmətlərinin haqqını almamaqdır. Onlara mən miskin böcəklərin şirkəti deyirəm. Orada yaxşılıq axmaqcasına olur, lakin orada hər zaman ehtiyac da var. Allah qiyamət günü zarafat xatirinə onların hüzu
Dostları ilə paylaş: |
|
|