|
|
səhifə | 164/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| adır, – dedi. – İngilis poladı kimi möhkəm bir adamla toqquşduğumuz zaman, həbs əsnasında zərrə qədər müqavimət göstərmək fikrində olarsa, biz onu öldürə bilərik. Biz də sabah Ko leni öldürmək üçün onun müqavimət göstərəcəyinə ümidvarıq. Ko len isə öldürüldükdən sonra nə məhkəməyə ehtiyac olacaq, nə də onu saxlamaq və keşiyini çəkmək üçün xərcə. Cəmiyyət hər əziyyətdən birdəfəlik xilas olacaqdır. Məhkəmə, şahidlər, cürbəcür xərclər, edam, xülasə, qanun yolu ilə bu quldurlardan azad olmaq üçün lazım olan hər bir şey, sizin bizdən alacağınız min ekü puldan baha başa gələcəkdir. Bundan başqa, biz vaxta da qənaət etmiş olacağıq. Süngünü “Ölüm-yalan”ın qarnına soxmaqla biz yüzlər ə cinayətin qabağını alacaq, bir çox quldurları pozulmağa qoymayacağıq. Onlar polis idarəsinin qonşuluğunda özlərini üsullu aparmağa məcbur olacaqlar. Bax buna “yaxşı təşkil edilmə” deyərlər. Əsl insanpərvərlərin rəyincə, bu cür işi görmək cinayətin qabağını almaq deməkdir.
Puare dedi:
– Həm də öz ölkənə xidmət etmək deməkdir. Polis rəisi cavab verdi:
– Siz bu gün ağıllı danışırsınız. Bəli, bəli, əlbəttə, biz öz ölkəmizə xidmət edirik. Elə buna görə cəmiyyət
bizim barəmizdə haqsızlıq edir. Biz cəmiyyətə böyük, lakin gizli xidmətlər göstəririk. Ona görə görkəmli adamlar mövhum fikirlərdən uzaq olmalı, xristian olan şəxs isə dardüşüncəli adamlar üçün qəbul edilmiş tərzdə həyata keçirilməyən xeyirli işlərdə belə baş verə biləcək müsibətli nəticələrlə barışmağa məcburdur. Başa düşünüz, Paris öz Parisliyində qalır. Bu da mənim həyatımın mənası. Sizə uğur olsun, madmazel. Kristofu Büffon küçəsinə Qondüronun yanına, məni gördüyünüz evə göndərərsiniz. Qulluğunuzda hər zaman hazıram, cənab. Əgər təsadüfən evinizi qarət edərlərsə, mənim yanıma buyurarsınız, bütün şeylərinizi qaytararlar: hər zaman qulluğunuzda varam.
Puare madmazel Mişonoya dedi ki:
– Hələ “polis” sözünü eşidəndə özündən çıxan səfehlər də varmış. Bu cənab çox nəzakətlidir, onun sizdən tələb etdiyi isə çox sadə bir şeydir.
Ertəsi gün “Voke evi” tarixinin fövqəladə səhifələrindən birini təşkil edən günlərdən idi. O günə qədər pansionun sakit həyatında ən mühüm hadisə meteor kimi görünüb yox olan qrafinya d ’A
Dostları ilə paylaş: |
|
|