|
|
səhifə | 178/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| sinin ınca gedər. V rgilinin sözlərinin sərbəst tərcüməsi budur.
Madmazel Mişono Puareyə baxdı və qolundan tutmaq istədiyinə işarə etdi. Puare bu çağırışa dözməyib,
ona yaxınlaşdı və qolunu . Qəhqəhə və alqış səsləri gurladı.
– Afərin, Puare!
– Vay səni qoca Puare!
– Apollon Puare!
– Mars Puare!
– Qoçaq Puare!
Bu qasid içəri girdi və madam Vokeyə bir məktub verdi. Voke məktubu oxuyub, taqətsiz halda stulun üst ə çökdü.
– Evimi yandırmaqdan başqa çarəm qalmayıb! Fələk belimi sındırdı! Saat üçdə Tayferin oğlu vəfat etdi. Mən zavallı gəncin fəlakəti bahasına madam Kutür və Viktorinaya yaxşılıq arzu etdiyimə görə cəzamı aldım. İndi bu xanımlar şeylərini geri istəyirlər: onlar qoca Tayferin yanında yaşayacaqlar. Tayfer madam Kutürün də evində qalmağına icazə vermişdir. Artıq beş otaq boşaldı, beş kirayənişin azaldı! Nə müsibətlərə düşdüm!
Voke az qala ağlayırdı. Küçədən ekipaj keçirdi. Birdən onun səsi evin qabağında kəsildi. Silviya:
– Başımıza yeni müsibət gəlir, – dedi.
Birdən otaqda Qorio göründü. Onun üzündən xoşbəxtlik nuru yağırdı, təzəcə anadan olmuş kimi gümrah
görünürdü. Pansionerlər:
– Qorio ekipaja minib! Görünür, qiyamət günü çatıb, – deyə çığırdılar.
Qoca, Ejenin dalğın oturduğu doğru yönəldi. Onun qolundan tutub, şad halda dedi:
– Gedək.
Rastinyak cavab verdi:
– Siz hələ nələr olduğunu bilmirsiniz! Votren katorqalı imiş, onu bu saat həbs edib apardılar, Tayferin oğlu isə ölmüşdür.
Qorio ata dedi:
– Bunun bizə nə dəxli var?! Mən qızımla birlikdə, sizin evinizdə nahar edəcəyəm, başa düşürsünüzmü? Qızım sizi gözləyir, gedək!
O, öz məşuqəsini qaçırırmış kimi, zorla Ejenin qolundan çəkdi, tələbəni aparmaq istədi.
Byanşon səsləndi:
– Gəlin nahar edək!
Hamı stul götürüb, süfrənin ətrafında əyləşdi.
Yoğun Silviya:
– Bəli, – dedi, – bu gün bizim hər işimiz müsibətdir, qoyun ətinin qovurması da yandı. – Çarə yoxdur, elə yanmışını yeyərsiniz!
Süfrənin ətrafında on səkkiz pansioner əvəzinə yalnız on nəfər əyləşmişdi. Madam Voke mat-məəttəl qalmış, dili tutulmuşdu. Hamı ona təsəlli verməyə və a mağa çalışırdı. Əvvəlcə söhbət Votrendən və bu günün hadisələrindən başladı, lakin bir az sonra dola bac yollarla mövzunu dəyişib, duel, katorqa, məhkəmə, qanunların dəyişməsi və həbsxana məsələs
Dostları ilə paylaş: |
|
|