|
|
səhifə | 187/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| getməli idi.
Bu Ejenlə Qorio ata zəngi çaldılar. Madam Voke içini çəkərək:
– Ah, – dedi, – mənim vəfalı kirayənişinlərim gəldilər.
Ailə pansionunun üz verən müsibətlərini olduqca dumanlı şəkildə özündə hifz edən bu iki “vəfalı”
kirayənişin Şosse d’Anten küçəsinə köçəcəklərini açıqdan-açığa madam Vokeyə bildirdilər.
Madam Voke bağırdı:
– Silviya, mənim son ümidim də qırıldı! Cənablar, siz mənə ölümcül zərbə vurdunuz. Ürəyimə dağ çəkdiniz, sinəmi parça-parça etdiniz. Bu nə fəlakətli gün imiş! Məni on il qocaltdı. Namusuma and olsun, dəli oluram! Bəs lobyanı neyləyəcəyik? İş-işdən keçib, indi ki tək-tənha qaldım, sabah sənin haqq- hesabını çəkməyə məcburam, Kristof! Əlvida, cənablar, gecəniz xeyrə qalsın!
Ejen Silviyadan soruşdu:
– Ona nə olub?
– Nə olacaq! Bu əhvalatdan sonra bütün kirayənişinlər pansionu tərk etdilər. İndi yazığın başına hava gəlib. Bir diqqət edin, deyəsən, ağlayır. Eybi yoxdur, ağlayar, ürəyini boşaldar. Bu birinci dəfədir, mən burada olandan bəri bir dəfə də onun göz yaşı tökdüyünü görməmişəm.
Səhər, madam Vokenin öz təbiri ilə desək, ağlı başına gəldi. Aydın məsələdir ki, bütün kirayənişinlərini itirmiş və həyatında böyük dönüş yaranan hər bir pansion sahibəsi kimi, o da məyus olmuşdu, lakin yenə də ağlını itirməmiş və maddi mənfəətlərə zərbə vuran, vərdiş etdiyi həyatı pozan əsl kədər mücəssəməsi olmuşdu. Təbii ki, öz məşuqəsinin yaşadığı yeri tərk etməyə məcbur olan bir aşiqin gözlərindəki qəm, boş qalmış süfrəyə baxan madam Vokenin gözlərindəki qəmdən daha az olardı. Ejen Vokeyə təsəlli verərək, bir neçə gündən sonra xəstəxanada təcrübə müddətini qurtaran Byanşonun onun otağına köçəcəyini, muzey məmurunun belə dəfələrlə madam Kutürün otağını tutacağı haqqında öz arzusunu bildirdiyini və beləliklə də az vaxtda pansionun yenə kirayənişinlərlə dolacağını söyləyirdi.
Voke məşum nəzərlə yemək otağını seyr edərək:
– Allah eləsin, əzizim cənab Ejen, – dedi. – Ancaq bu evə müsibət ayaq basmışdır. Görərsiniz, on gün belə
keçməz ki, ölüm də bura qədəm basacaq. Görəsən, kimi aparacaq?
Ejen yavaşcadan Qorio ataya dedi:
– Köçmək vaxtıdır.
Bu zaman Silviya qorxu içində, yüyürə-yüyürə içəri girdi:
– Xanım, üç gün olar ki, Mistiqrisdən xəbər yoxdur.
– Ah, p
Dostları ilə paylaş: |
|
|