Atmayacaq inam məni! II aparıcı: İyirmi yanvar gecəsinin qaynar qan içində çırpınan, azadlıq eşqinin, Vətən sevgisinin şəhid olan vədələriydi. Uşaqları, cavanları, qocaları kafir hikkəsi, xəyanət güllələri sünbül kimi biçib torpağa sərirdi. Dörd bir tərəfdən yolları bağlanan, haqqını tələb etdiyi üçün haqsızlığın cinayətkar, iblis əməllərilə gülləboran edilən, müqəddəs azadlıq yolunda şəhid olan şəhər minarə əllərini göylərə qaldırıb imdad diləyirdi.
Ey kimsəsizlər kimsəsi.... Kitabxanada həmçinin, ədəbi-bədii kompozisiyanın keçirilməsi də vacibdir. “Ağla, qərənfil, ağla” adlı ədəbi-bədii kompozisiyanın ssenarisini veririk.
Səhnə təzə-tər qərənfillərlə bəzədilir. Səhnənin divarından Azərbaycanın bayrağı asılır. 20 Yanvar faciəsi ilə bağlı sitatlar səhnənin divarında öz əksini tapır.
Sitat: Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.