1. Alqoritm anlayışı, inkişaf mərhələləri, tarixi və mahiyyəti



Yüklə 15,15 Kb.
tarix31.12.2021
ölçüsü15,15 Kb.
#111395
növüYazı

1.Alqoritm anlayışı, inkişaf mərhələləri, tarixi və mahiyyəti. Alqoritm — verilmiş məsələni həll etmək üçün ilkin verilənlərlə icra olunan hesabi və hər hansı məsələnin həlli üçün məntiqi əməliyyatların sonlu sayda ardıcıllığıdır Latınca qayda-qanun deməkdir. Alqoritm 783 - 850-ci illərdə Xarəzmdə (indiki Özbəkistanda şəhər) yaşamış IX əsrin məşhur fars riyaziyyatçısı Məhəmməd İbn Musa əl-Xarəzminin adının latın hərflərilə olan "alqoritmi" yazılışıyla bağlıdır. Əl-Xarəzminin yazdığı traktatın XII əsrdə latın dilinə tərcümə olunması sayəsində avropalılar mövqeli say sistemi ilə tanış olmuş, onluq say sistemini və onun hesab qaydalarını alqoritm adlandırmışlar. Ümumiyyətlə, alqoritm-verilmiş məsələnin həlli üçün lazım olan əməliyyatları müəyyən edən və onların hansı ardıcıllıqla yerinə yetirilməsini göstərən formal yazılışdır. Hesablama maşınlarının əsas fərqləndirici xüsusiyyətlərindən biri də onun proqramla idarə olunmasıdır. Yəni, istər sadə, istərsə də mürəkkəb məsələni maşının həll etməsi üçün proqram tərtib edilməlidir.

Alqoritmin xassələri Məsələnin maşında həlli üçün tərtib edilən alqoritm bir çox şərtləri ödəməlidir. Bu şərtlərə alqoritmin xassələri deyilir. Həmin xassələr aşağıdakılardır: 1. 1. Nəticəlilik – Bu o deməkdir ki, alqoritm nəticə verməlidir. Alqoritm nəticə vermirsə , o alqoritm deyildir. Alqoritm həmişə nəticə verir. 2. 2. Kütləvilik – Hər bir alqoritm təkcə bir məsələnin yox, müəyyən sinifdən olan məsələnin həlli üçün nəzərdə tutulur. (Kvadrat tənliyin həlli) 3. 3. Diskretlik – Bu o deməkdir ki , alqoritmlər addım-addım yerinə yetirilir. Alqoritmlər kəsilməz proses deyil. Kəsilən prosesdir. Hər bir alqoritm məsələnin həll prosesini sadə addımların yerinə yetirilməsi ardıcıllığı şəklində ifadə edir və hər bir addımın yerinə yetirilməsi üçün sonlu zaman fasiləsi tələb olunur, yəni başlanğıc verilənlərlə icra olunan hesabi və məntiqi əməliyyatların yerinə yetirilməsi və nəticənin alınması zamana görə diskret yerinə yetirilir. 4. 4. Sonluluq – Alqoritmlər sonsuz proses deyildir.Alqoritm müəyyən sonlu prosesdir. Konkret n sayda əməliyyat aparır və nəticə əldə edilir. Alqoritm sonlu sayda addımdan sonra başa çatmalı və verilmiş məsələnin həlli tapılmalıdır. 5. 5. Determinintlik– Alqoritmlər üçün təsadüfi əməliyyat yoxdur,təsadüf yoxdur. Başqa sözlə istənilən alqoritmi, istənilən ilkin verilənə tətbiq etsək, həmişə eyni nəticəni alarıq. 6. 6. Müəyyənlik və ya dəqiqlik – Bu o deməkdir ki, alqoritm həm əməliyyatlardan, həm ilkin verilənlərdə qeyri–müəyyən olmamalıdır. Yəni hər şey dəqiq verilməlidir, dəqiq icra edilməlidir. Təxminən, biraz kimi sözlər işlədilməməlidir. Bu xassə olmadıqda metod olur. Hər bir alqoritm dəqiq, birqiymətli olmalıdır. Bu xassəyə əsasən alqoritm yerinə yetirildikdə istifadəçinin və onun istifadə etdiyi kompüterdən asılı olmayaraq eyni nəticə əldə edilməlidir. 7. 7. Aydınlıq və mümkünlük – Bu o deməkdir ki, hər bir alqoritmin icracısı (kompüter, insan, heyvan ) ola bilər. İcraçının alqoritmi həyata keçirməsi üçün o əməliyyatlar onun üçün aydın olmalıdır. Və digər tərəfdən mümkünlük– o əməliyyat icraçı tərəfindən yerinə yetirilə bilən olmalıdır.Yəni icraçı o əməliyyatı yerinə yetirə bilməlidir. Riyaziyyatda və informatikada məsələnin həllinin alqoritmi yerinə yetirilibsə, məsələ qismən



Alqoritmin təsvir üsulları 1. Mətn şəkildə 2. blok-sxem; 3. Cədvəl; 4. Proqram Kompüterin alqoritmi başa düşməsi üçün proqramlaşdırma dillərindən istifadə edilir. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi translyator proqramlar vasitəsilə yerinə yetirilir və maşın koduna çevrilir. xətti (düz), budaqlanan və dövri.  Xətti alqoritmlər sadə hesablama prosesini ifadə edən bir neçə ardıcıl əməliyyatlardan ibarət olur və onlar yazıldığı ardıcıllıqla da icra olunur.  Budaqlanan alqoritmlərin tərkibində bir və ya bir neçə məntiq mərhələsi olur. Bu mərhələdə müəyyən kəmiyyətlərin hər hansı bir şərti ödəyib-ödəmədiyi yoxlanılır və ona uyğun olaraq sonrakı gedişin istiqaməti seçilir. Yəni nəzərdə tutulan şərt ödənilirsə, bir istiqamətə, həmin şərt ödənilmirsə, başqa istiqamətə doğru hərəkət edilir. Beləliklə, alqoritmdə budaqlanma baş verir.  Dövrü alqoritm - Alqoritmin hər hansı mərhələsi təkrar-təkrar yerinə yetirilirsə belə alqoritm dövru alqoritm adlanır.
Yüklə 15,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin