Bəhs edilən mətndə çar ordusunda xidmət edən və 21- ci piyada
ordusuna başçılıq edən hansı azərbaycanlı zabitdən söhbət gedir.
____________________________________________________
5. Boşluğu tamamlayın:
____________ dövlətə məxsus torpaqlardır.İcarəyə verilir və ya mə-
murlar tərəfindən idarə edilirdi.Bu torpaqların idarə edilməsi yarıtmaz
halda olduğundan 1886-cı ildə onların satılması haqqında fərman verilmişdi.
6. 1874-cü ildə ibtidai məktəblər haqqında verilən Əsasnaməyə görə
yaradılan kənd (xalq) məktəbləri hansı vəsait hesabına fəaliyyət göstə-
rirdi.____________________________________________________
7. Boşluqları tamamlayın:
XIX əsrdə ayrı-ayrı xanların və xanlıqların tarixinə həsr olunmuş bir
sıra salnamə əsərlər yazılmışdır.
Mirzə Adığözəl bəy
|
|
|
Qarabağ tarixi
|
Kərim ağa Fateh
|
|
İsgəndər bəy Hacınski
|
|
8. XIX əsrdə Azərbaycanda dramaturgiyanın əsasını qoymuş Mirzə
Fətəli Axundzadə eyni zamanda maarifçi və ictimai xadim idi.Onun yazdığı hansı povesti Azərbaycanda realist nəsrin ilk nümunəsi sayı-lırdı?_________________________________________________
9. Rusiyada şərqşunaslıq elminin təşəkkülü və inkişafında mühüm
xidmətləri və əməyi olan azərbaycanlı alimləri müəyyən edin:
10. Rusiya imperatoru II Nikolayın yavəri təyin edilmiş Azərbaycanlı
general kim olub?________________________________________
11. Boşluğu tamamlayın:
__________ayrı-ayrı tayfalara xidmət müqabilində verilən və əsasən,
otlaqlardan ibarət torpaqlardır.Tədricən tayfa başçılarının əlinə keçirdi
12. XIX əsrdə Cənubi Azərbaycanda mövcud olan ən əsas problemlərdən biri
iri feodalların ,xüsusilə də iri ruhanilərin taxıl möhtəkirliyi ilə məşğul olması
idi.Ərzaq məhsullarının qıtlığı və bahalığı xalqın səbir kasasını doldurmuşdu.
1898-ci ildə Təbrizdə buna qarşı çıxışlar baş qaldırdı.
Bəhs oluna bu üsyana kim başçılıq edirdi?______________________
Dostları ilə paylaş: |