66. Dilə aid olanlardan biri yanlışdır:
A) irsi xarakter daşıyır
B) fikir ifadə edir
C) ünsiyyət vasitəsidir
D) əşyaları adlandırır
E) fərdi deyil
67. Ədəbi dilin fonetik, leksik və qrammatik normaları funksional üslublardan hansı üçün məcburidir?
A) hamısı üçün
B) bədii üslub üçün
C) rəsmi üslub üçün
D) yalnız məişət üslubu üçün
E) publisistik üslub üçün
68. Nitq mədəniyyətinin ən mühüm şərti hansıdır?
A) ədəbi dil normalarına riayət etmək
B) lüğət ehtiyatını zənginləşdirmək
C) durğu işarələrindən yerində istifadə etmək
D) milli sözlərdən istifadə etmək
E) sözün leksik mənasını bilmək
69. Hansı söz fəal nitq prosesindən çıxmışdır?
A) sosializm
B) bazar
C) ardıcıllıq
D) dayanacaq
E) humanizm
70. Oğuz qrupuna daxil olmayan dil hansıdır?
A) başqırd dili
B) Azərbaycan dili
C) Türkiyə türkcəsi
D) qaqauz dili
E) türkmən dili
Dostları ilə paylaş: |