|
Aşağıdakılardan biri üslubiyyatın əsas vahididir
|
səhifə | 24/82 | tarix | 10.01.2022 | ölçüsü | 0,9 Mb. | | #106094 |
| 93. Aşağıdakılardan biri üslubiyyatın əsas vahididir:
A) üslub
B) mətn
C) söz
D) cümlə
E) əlifba
94. Azərbaycan ədəbi dilinin üslublarından biri milli dövlətçilik təcrübəsinin formalaşması ilə daha çox bağlı olmuşdur:
A) rəsmi – işgüzar üslub
B) bədii üslub
C) elmi üslub
D) məişət üslubu
E) publisistik üslub
95. Azərbaycan ədəbi dilinin funksional üslublar sisteminə neçə üslub daxildir?
A) 5
B) 8
C) 2
D) 7
E) 6
96. Ədəbi dilin hansı üslubunda xalq təfəkkürünün bədii məhsulu olan sözlər işlənir?
A) bədii
B) publisistik
C) rəsmi – işgüzar
D) elmi
E) məişət
97. Bədii üslubun leksik səviyyədə göstəricilərinə aid olanları müəyyən edin:
1) məcazlar 2) səs və heca təkrarı
3) omonimlik 4) müxtəlif nitq vahidlərinin buraxılması
A) 1, 3
B) 2, 4
C) 3,4
D) hamısı
E) 1, 2
98. Bədii üslubda söz hansı funksiyanı daşıyır?
A) poetik
B) terminoloci
C) lakonik
D) publisistik
E) fonetik
99. Sözün hansı imkanları sözün gücü, sözün sehri adlandırılır?
A) bədii
B) terminoloci
C) modallıq
D) qrammatik
E) fonetik
100. Funksional üslublar içərisində biri digərlərindən beynəlmiləl xarakter daşıması ilə fərqlənir:
A) elmi
B) bədii
C) publisistik
D) rəsmi – işgüzar
E) fərdi
Dostları ilə paylaş: |
|
|