128. Azərbaycan Respublikasında rəsmi sənədlər hansı dildə tərtib olunur?
A) Azərbaycan dilində
B) rus dilində
C) azsaylı xalqların dilində
D) ingilis dilində
E) bunun üçün dil məhdudiyyəti yoxdur
129. Azərbaycan Respublikasında yaşayan tat, təzgi, saxur, talış və başqa azsaylı xalqların ümumi ünsiyyət vasitəsi hansı dildir?
A) Azərbaycan dili
B) rus dili
C) ləzgi dili
D) talış dili
E) ingilis dili
130. Hansı üslub fərdi üslubun təzahürünə daha çox imkan yaradır?
A) bədii
B) publisistik
C) elmi
D) məişət
E) rəsmi – işgüzar
131. Formullar, diaqramlar, düsturlar hansı üslub üçün xarakterikdir?
A) elmi üslub
B) bədii üslub
C) fərdi üslub
D) rəsmi – işgüzar üslub
E) bütün üslublar
132. Söz özünün poetik imkanlarını daha çox harada nümayiş etdirir?
A) bədii mətndə
B) mürəkkəb cümlə daxilində
C) dilçiliyə aid kitablarda
D) məişət üslubunda
E) adi danışıq dilində
133. Nə zaman Azərbaycan dilinin dövlət dili kimi işlənməsi formal səciyyə daşımışdır?
A) Sovet dönəmində
B) XIX əsrdə
C) 1919 – 1920 – ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində
D) XVII əsrdə
E) heç vaxt
134. Hərfi yazının ilk mərhələsində bir neçə səs bir işarə ilə verilmişdir. Bu hansı yazı adlanır?
A) sillabik (heca) yazı
B) əşyəvi yazı
C) fikri yazı
D) şəkli yazı
E) bunların heç biri
Dostları ilə paylaş: |