150. Hansı sənədlərdə ara – sıra obrazlılıq da ola bilər?
1) Bəyanat 2) Ərizə 3) Manifest
4) Elan 5) Qərar 6) Əmr
A) 1, 3
B) 4, 6
C) 2, 4
D) 5, 6
E) 3, 5
151. Aşağıdakılardan biri əməli yazı nümunəsidir:
A) məktub
B) dərslik
C) teorem
D) şeir
E) ədəbi dil normaları
152. Aşağıdakılardan biri əməli yazı nümunəsi deyil:
A) test tapşırığı
B) rəy
C) tərcümeyi – hal
D) protokol
E) akt
153. XI sinif şagirdinin tərcümeyi – halını kim yazmalıdır?
A) hər bir şagirdin özü
B) sinif rəhbəri
C) valideyn
D) məktəb direktoru
E) şagirdin sinif yoldaşı
154. Ərizəni kim imzalamalıdır?
A) ərizəni yazan şəxs
B) ərizənin ünvanlandığı şəxs
C) ərizə yazanın valideyni
D) ərizə yazanın iş yerinin rəhbəri
E) katibə
155. Elan xarakterli əməli yazı nümunələri içərisindən verilənlərdən biri doğru deyil:
A) rəy
B) anons
C) reklam
D) bildiriş
E) afişa
156. Başlığının, məzmununun, nəticəsinin, onu yazanın imzasının, yazılma tarixinin qeyd olunduğu əməli yazı bir tamaşa haqqında da yazıla bilər. Bu hansı əməli yazıdır?
A) rəy
B) afişa
C) protokol
D) ərizə
E) reklam
157. Bir şəxsi, bir əşyanı məşhurlaşdırmaq, haqqında məlumat yaymaq məqsədi ilə tərtib olunan əməli yazını müəyyən edin.
A) reklam
B) arayış
C) anons
D) afişa
E) rəy
Dostları ilə paylaş: |