163. Həm şifahi, həm yazılı forması olan, leksik mənasına görə, izahetmə, bəyanetmə anlamını verən yazıdır:
A) izahat
B) arayış
C) məktub
D) annotasiya
E) əmr
164. Məktəb direktoru kompyuter dəstini almağı etibar etdiyi şəxsin yazdığı vəkalətnaməni nə ilə təsdiq edir?
A) məktəbin möhürü ilə
B) şahidlərin imzası ilə
C) etibar etdiyi şəxsin imzası ilə
D) kompyuterlərin sənədi ilə
E) ikitərəfli müqavilə ilə
165. Vəkalətnamə haqqında deyilənlərdən biri doğru deyil:
A) Qüvvədə olma müddəti ancaq rəqəmlə göstərilməlidir
B) Möhürlə təsdiq olunur
C) Verildiyi tarix göstərilir
D) Etibar ediləcək materialın məzmunu göstərilir
E) Alınan əşyanın miqdarı qeyd olunur
166. Hər hansı bir məlumatın təcili şəkildə çox uzaq məsafəyə çatdırılması üçün aşağıdakıların hansından istifadə edilməsi daha əlverişlidir?
A) teleqram
B) məktub
C) qışqırmaq
D) bağlama
E) mətbuat
167. Aşağıdakılardan birinin sahibinə çatdırılması üçün vaxt məhdudluğu şərtidir:
A) teleqram
B) məktub
C) vəkalətnamə
D) afişa
E) elan
168. Məktəb şagird təşkilatı xalq şairləri ilə təşkil etdiyi görüşün yerini, vaxtını məktəb kollektivinə hansı əməli yazı vasitəsi ilə çatdırır?
A) bildiriş
B) reklam
C) məktub
D) teleqram
E) təbliğat
Dostları ilə paylaş: |