193. Məntiqi ardıcıllığı tamamlayın.
addım, aptek, aspirantura …
A) atletika
B) aşbaz
C) ansambl
D) askarbin
E) assistent
194. Sözlərdən birinin yazılışında səhv var:
A) gümbəz
B) kompaniya
C) konqres
D) lisey
E) buynuzvarı
195. Cütlüklərin birində səhvə yol verilmişdir:
A) əsginaz , əsl – nəsəb
B) nikah , nigah
C) servis , servis
D) kompaniya ,kampaniya
E) əski , əsgi
196. Tələffüz formasında verilmiş sözlərdən bəzilərinin I hecası «o» ilə yazılır. Həmin sözlər hansı cavabda tam göstərilib?
1) kanfet 2) kardioloq 3) kampaniya 4) kamendant
5) kanqres 6) kalbasa 7) karbon 8) kapilyar
A) 1, 4, 5, 6
B) 1, 2, 3, 5
C) 2, 3, 4, 5
D) 1, 5, 8
E) 4, 5, 6, 8
197. Ulduzların yerinə hansı hərflər yazılmalıdır?
üm*dsiz, dek*rasiya, ç*lçıraq, gü*bəz
A) i, o, i, n
B) ü, o, ı, n
C) ü, a, ı, n
D) i, a, ı, m
E) ü, o, i, n
198. Ulduzların yerinə hansı hərflər yazılmalıdır?
müş*ül, müh*t, nis*il, növra*
A) k, i, g, q
B) g, i, p, q
C) k, i, k, k
D) g, ü, g, k
E) g, ü, k, k
Dostları ilə paylaş: |