271. Mücərrəd mənalı isimlər hansı sıradadır?
A) dostluq, saflıq
B) gözlük, başlıq
C) daşlıq, meşəlik
D) odunluq, düzənlik
E) çəmənlik, çiçəklik
272. «Mədəniyyət» sözünün mənası hansı bəndlə düzgün verilmişdir?
A) Ərəbcə şəhər mənası verən «mədinə» kəlməsindəndir
B) Ərəb sözü olub, «tərbiyəli» mənasındadır
C) Ərəb sözü olub, «şəhərdə yaşayan» mənasındadır
D) Ərəb sözü olub «davranışlı» mənasındadır
E) Ərəb sözü olub, «mədəniyyətli» mənasındadır
273. «Danışıq mədəniyyəti» ifadəsi nə deməkdir?
A) insanın əxlaq normaları daxil olmaqla danışığı
B) yüksək natiqlik məharəti
C) insanın savadlı danışığı
D) rabitəli və məntiqi danışıq
E) hər kəsin anlayacağı qədər sadə danışıq
274. Nitq mədəniyyəti ən çox hansı elm sahəsi ilə əlaqədardır?
A) dilçiliklə
B) məntiqlə
C) ədəbiyyatla
D) fizika ilə
E) psixologiya ilə
Dostları ilə paylaş: |