335. Dil ailəsi hansı dillərə deyilir?
A) eyni kökdən törəyən qohum dillərə
B) eyni coğrafi məkanda yerləşən qonşu xalqların dillərinə
C) eyni ölkədə yaşayan müxtəlif xalqların dillərinə
D) eyni yazı mədəniyyətinə malik olan dillərə
E) eyni tarixi inkişaf yolu keçmiş dillərə
336. «Hələlik, salamat qalın, görüşənə qədər» ifadələri nitq etiketlərinin hansı növünə daxildir?
A) ayrılma
B) görüşmə
C) təbrik
D) müraciət
E) alqış
337. Üz əzələlərinin mənalı hərəkətləri hansı terminlə ifadə olunur?
A) mimika
B) cest
C) etiket
D) nitq
E) ritorika
338. «Vətəndaş», «cənab» sözləri nitq etiketlərinin hansı növünə daxildir?
A) müraciət
B) görüşmə
C) təbrik
D) alqış
E) ayrılma
339. «Salam, xanım! Xoş gördük! Gün aydın! Axşamınız xeyir!» sözləri nitq etiketlərinin hansı növünə aiddir?
A) görüşmə
B) müraciət
C) ayrılma
D) alqış
E) təbrik
Dostları ilə paylaş: |