7. Şəki bölgəsinin yerli – məhəlli danışığını dilçiliyin hansı sahəsi öyrənir?
A) dialektologiya
B) fonetika
C) leksikologiya
D) üslubiyyat
E) sintaksis
8. Aşağıdakılardan biri Azərbaycan xalqının varlığı üçün ən əsas amillərdəndir:
A) Azərbaycan dili
B) Azərbaycan əlifbası
C) Azərbaycan nefti
D) Azərbaycan xalq musiqisi
E) Adət-ənənə
9. Azərbaycan dilinin də daxil olduğu qazax, qırğız, tatar, çuvaş, özbək və s. dillər bütövlükdə nə adlanır?
A) Türk dilləri ailəsi
B) Dialekt və şivələr
C) Flektiv dillər qrupu
D) Latın dillər qrupu
E) Kök (amorf) dillər
10. Nə üçün Azərbaycan dili iltisaqi dil adlanır?
A) söz kökünün sabit qaldığı, şəkilçilərin isə kökə əlavə olunduğu üçün
B) ön, iç və son şəkilçi işləndiyi üçün
C) qrammatik quruluşu birinci minillikdə formalaşdığı üçün
D) dövlət dili olduğu üçün
E) sözlərin əksəriyyəti Azərbaycan mənşəli olduğu üçün
Dostları ilə paylaş: |