88. Hansı nümunələrdə leksik norma pozulmuşdur?
1) Mötəbər rəvayətə görə, burada min illər boyu formalaşan kədər potensiyası vardır
2) Aşağıdan yuxarıya baxanda dağın dibi ilə axan köpüklü dağ çayını görürsən
3) Keçdikcə nəsillər sənin o söz çəmənindən,
Ellər, obalar dərs alacaqdır hələ səndən. (S.Vurğun)
4) O, böyük rütbə sahibidir. Yüksək idarədə çalışır.
5) Tarix bizi çox çətin sınağa çəkir
A) 1, 2, 4
B) 2, 3
C) 4, 5
D) 1, 3, 5
E) 2, 3, 5
89. Aşağıdakı sözlərin alınma qarşılıqlarından birində səhvə yol verilmişdir:
A) toplum – dövlət
B) soykökü – nəsil
C) bilgi – məlumat
D) durum – vəziyyət
E) dönəm – mərhələ
90. Özləşmə prosesini nəzərə alıb sıranı tamamlayın.
Yüzillik, duracaq, saxlanc …
A) açıqca
B) müşavir
C) təşəbbüs
D) aydınlaşdıqca
E) sözlük
91. Bəzən dildən çıxmış sözlər yenidən istifadəyə gətirilir, yəni söz dirilir. Belə sözlər hansı cərgədədir?
A) çavuş, ulu, dürlü
B) bildiriş, ildönümü, qurultay
C) çimərlik, duracaq, nəfəslik
D) başqan, çağdaş, durum
E) istilikölçən, soyqırım, yarlıq
Dostları ilə paylaş: |