101. Riyaziyyat elminə aid Azərbaycan mənşəli termin hansıdır?
A) bölmə
B) sinus
C) qələvi
D) qoşma
E) anlayış
102. Azərbaycan ədəbi dilinin elmi üslubunda beynəlmiləl terminlər öz üstünlüyünü nədə göstərir?
A) milli terminologiyanı üstələməkdə
B) məcazlarla bərabərləşməkdə
C) ümumxalq danışıq dilində
D) rəsmi sənədlərin tərtibində
E) milli terminologiyanın yaranmasında
103. Elmi üslubda olan bir mətnin hansı elm sahəsinə aid olduğunu nədən bilmək olar?
A) terminlərindən
B) həcmindən
C) tərtibatından
D) cümlə quruluşundan
E) söz sırasından
104. Aşağıdakılardan biri elmi üsluba aid qrafik vasitələrdən deyil:
A) atalar sözləri
B) durğu işarələri
C) diaqramlar
D) rəqəmlər
E) düsturlar
105. Publisistik üsluba aid deyil:
A) mücərrəd obrazlılığa müraciət etmək
B) müxtəlif emosiyaları ifadə etmək
C) hadisələrin təhlilini vermək
D) ümumxalq dilinə təsir etmək
E) adi nitq intonasiyasını əks etdirmək
106. «Ədəbiyyat» qəzetində Azərbaycan xalqının qəhrəmanlıq və vətənpərvərlik tarixi ilə bağlı dərc olunan məqalə publisistik üslubun hansı növünə aiddir?
A) bədii – publisistik dil
B) publisistik dil
C) rəsmi – publisistik dil
D) kütləvi dil
E) elmi – publisistik dil
Dostları ilə paylaş: |