140. Poetik funksiya daşıyan ifadələrin düzgün variantını göstərin:
1) Soyuq hava 2) Acı söz
3) Ləkəli köynək 4) Daş qəlb
5) Polad bilək 6) Şəlalə saçlar
7) İsti paltar 8) Şirin çay
A) 2, 4, 5, 6
B) 1, 3, 7, 8
C) 2, 1, 3, 6
D) 4, 5, 7, 8
E) 3, 4, 6, 8
141. Satirik kinayə işlənən cümlələri seçin.
1) Nə səliqəlidir! 2) Millətin dərdini çəkməkdən əriyib çöpə dönüb!
3) Necə də gözəldir! 4) Yaxşı bizi ağ günə çıxartdı!
A) 2, 4
B) 1, 3
C) 1, 4
D) 2, 3
E) 3, 4
142. Məntiqi ardıcıllığı tamamlayın:
Qanun, qərar, sərəncam …
A) fərman, əmr
B) elan, ərizə
C) izahat, arayış
D) protokol, reklam
E) bildiriş, məktub
143. Məntiqi ardıcıllığı tamamlayın:
Bildiriş, arayış, izahat …
A) protokol, reklam
B) qanun, elan
C) sərəncam, akt
D) fərman, ərizə
E) əmr, qərar
144. Oçerklər, felyetonlar, bəzi məqalələr bu üslubda yazılır. Söhbət nədən gedir?
A) bədii – publisistik üslubdan
B) bədii üslubdan
C) elmi – publisistik üslubdan
D) rəsmi – publisistik üslubdan
E) elmi üslubdan
145. Siyasətə, dinə və s. aid publisistik məqalələrin dilidir, ona elmi – kütləvi dil də deyilir. Söhbət nədən gedir?
A) elmi – publisistik üslubdan
B) elmi üslubdan
C) rəsmi – publisistik üslubdan
D) bədii – publisistik üslubdan
E) məişət üslubdan
Dostları ilə paylaş: |