16. Sözün törəmə mənası adlanır:
A) məcazi məna
B) leksik məna
C) həqiqi məna
D) qrammatik məna
E) ilkin məna
17. Azərbaycan dilinin lüğət fondunu nə təşkil edir?
A) dildə olan fəal, ümumişlək sözlərin hamısı
B) dildə olan uzunömürlü sözlər
C) neologizmlər
D) tarixizmlər
E) ümumişlək sözlər
18. Nöqtələrin yerinə uyğun gələn ifadələri müəyyən edin:
……………… vulqar sözlər deyilir.
A) kobud ifadələrə, nalayiq ifadələrə
B) tarixizmlərə, dialektizmlərə
C) kobud ifadələrə, yersiz əcnəbi sözlərə
D) köhnəlmiş sözlərə, nalayiq ifadələrə
E) dialektizmlərə, kobud ifadələrə
19. Aşağıdakılardan biri dilin sabit söz birləşmələri də adlanır:
A) frazeoloci birləşmələr
B) feili birləşmələr
C) ismi birləşmələr
D) mürəkkəb söz birləşmələri
E) mürəkkəb sözlər
20. Cümlədə özündən əvvəlki üzvü izah edən və konkretləşdirən sözə və ya söz birləşməsinə nə deyilir?
A) əlavələr
B) ara sözlər
C) xitablar
D) adlıq cümlələr
E) həmcins üzvlər
Dostları ilə paylaş: |