213. Hansı cümlənin sonunda sual işarəsi qoymaq olmaz?
A) Vətəni göz bəbəyi kimi qoruyun
B) Doğrudan, bu il qış mülayim keçəcək
C) Yer kürəsi bütün insanların ümumi evidir
D) Hər kəs öhdəsinə düşən işi vicdanla yerinə yetirməlidir
E) Abituriyentlər qəbul imtahanlarına ciddi hazırlaşırlar
214. Sadalama intonasiyası yazıda hansı durğu işarəsini tələb edir?
A) vergül
B) çox nöqtə
C) qoşa nöqtə
D) nöqtə
E) mötərizə
215. Qoşa işlədilən durğu işarəsi hansıdır?
A) dırnaq
B) sual işarəsi
C) çox nöqtə
D) vergül
E) tire
216. Nöqtə, əsasən, durğu işarəsi kimi hansı cümlənin əlamətidir?
A) nəqli cümlənin
B) sual cümləsinin
C) nida cümləsinin
D) əmr cümləsinin
E) hamısının
217. Hansı cümlədə vergül işarəsi danışanın ifadə etdiyi fikrə münasibətlə bağlıdır?
A) Əlbəttə, Füzulinin qəzəllərini oxumaq maraqlıdır
B) O da doğrudur ki, ölkədə ərzaq istehsalı artır
C) Vətən, sənin hər qarış torpağını qorumağa hazırıq
D) Sən, bu komandanın ən gənc üzvü daha böyük uğurlar qazanacaqsan
E) Əsəri oxudunmu, məzmununa dair rəy hazırla
Dostları ilə paylaş: |