261. Bu saylardan biri omonim kimi işlənə bilər.
A) min
B) otuz
C) on
D) üç
E) bir
262. Monoloci nitqə aid olmayan cəhət hansı bənddədir?
A) Monoloci nitqdə sual – cavab forması əsas rol oynayır
B) Monoloci nitq bir şəxsin öz – özünə danışığıdır
C) Monoloci nitqdə məqsəd hər hansı bir məzmunun başqasına çatdırılmasıdır
D) Məruzə, mühazirə monoloci nitqin formalarıdır
E) Latınca mono (mono) bir, loqos (lagos) nitq deməkdir
263. Təkmənalı söz nədir?
A) yalnız bir leksik mənası olan sözlərdir
B) yaxın mənalı sözlərdir
C) ümumişlək xüsusiyyətini itirən sözlərdir
D) əksmənalı sözlərdir
E) dailekt sözləridir
264. Hansı cərgədəki sözlərin hər ikisi çoxmənalıdır?
A) ağız, göz
B) ağız, maşın
C) ayaq, oğul
D) baş, otaq
E) ələk, qol
Dostları ilə paylaş: |