265. «Dağın ətəyi» və «paltarın ətəyi» birləşməsindəki «ətək» sözü nədir?
A) çoxmənalı söz
B) omonim
C) sinonim
D) termin
E) arxaizm
266. Hansı sırada bütün sözlər omonimdir?
A) top, kök, gül
B) inci, əqrəb, sarmaşıq
C) sarı, qəlb, daş
D) ayaq, saymaq, il
E) var, baş, qalın
267. «Müxtəsər» sözünün sinonimi hansıdır?
A) yığcam
B) ətraflı
C) mənalı
D) geniş
E) əhatəli
268. Antonim sözlərin cərgəsini göstər.
A) dərə – təpə, səhər – axşam, az – çox
B) qəm – qüssə, nikbin – bədbin, el – oba
C) oğul – uşaq, yurd – yuva, bağ – bağça
D) pis – yaxşı, dükan – bazar, bacı – qardaş
E) az – maz, yorğan – döşək, ev – eşik
269. Azərbaycan dilinə aid sözlərdən ibarət olan antonimləri göstər.
A) oturmaq –durmaq
B) mərd – namərd
C) sağlam – naxoş
D) xoşbəxt – bədbəxt
E) müxtəsər – geniş
270. Aşağıdakı şəkilçilərdən biri yalnız insan anlayışı bildirən isimlər düzəldir.
A) – daş
B) – lıq4
C) – cıq4
D) – laq
E) – ca2
Dostları ilə paylaş: |