304. Aşağıdakılardan hansılar cümlədə yanaşı gəldiyi sözlərdən vergüllə ayrılır?
A) modal sözlər və nida
B) ədat və nida
C) qoşma və bağlayıcı
D) qoşma və ədat
E) ədat və modal sözlər
305. Cümlədə hansı durğu işarəsinə ehtiyac var?
«Sevda cürbəcür bazarlıq şeyləri ət, yumurta, göyərti, yağ və şəkər almaq istədi.»
A) iki nöqtə
B) vergül
C) tire
D) defis
E) nöqtəli vergül
306. Hansı cümlədə vergül qoyulmalıdır?
A) Əlbəttə sözümüz sözdür
B) Heç kəs Əlinin xətrini məncə istəyə bilməz
C) Mən o günlər özümü çox xoşbəxt sanırdım
D) Bu isə özlüyündə ən mühüm hadisə idi
E) Səhər o binanın qarşısında rastlaşdıq
307. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) Bu gün o getməlidir
B) O uşaq bağçasında işləyir
C) O mahir ovçudur
D) O gözəl sənətkardır
E) O yaxşı ad qazanıb
308. Nöqtəli vergül ; tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında hansı məna əlaqəsi olduqda işlədilir?
A) aydınlaşdırma
B) zaman
C) ardıcıllıq
D) qarşılaşdırma
E) səbəb – nəticə
Dostları ilə paylaş: |