309. «O» əvəzliyindən sonra hansı cümlədə vergül qoyula bilər?
A) O işdən birbaşa evə gəlir
B) O işləmir, oxuyur
C) O da bizim günümüzdədir
D) O artıq düzəlir
E) O gün gələcək
310. Nitq hissələrini və onların dəyişməsi qaydalarını öyrənən dilçilik şöbəsi necə adlanır?
A) morfologiya
B) fonetika
C) sintaksis
D) leksikologiya
E) orfoqrafiya
311. Dilçilik elminin məhəlli dil xüsusiyyətlərini öyrənən sahəsi:
A) dialektologiya
B) leksikoqrafiya
C) terminologiya
D) leksikologiya
E) orfoepiya
312. Göyərçin şəklinin sülh anlayışını bildirməsi yazının hansı növünə nümunə ola bilər?
A) fikri
B) əşyəvi
C) şəkil
D) həm şəkil, həm də hərfi
E) hərfi
313. Yazının ən mükəmməl, ən çevik forması:
A) hərfi yazı
B) əşyəvi yazı
C) şəkli yazı
D) fikri yazı
E) həm fikri, həm hərfi yazı
314. Söz birləşmələri dilçilik elminin hansı bölməsində öyrənilir?
A) sintaksis
B) leksika
C) fonetika
D) morfologiya
E) etimologiya
315. Dilçiliyin sözlərin mənşəyini öyrənən sahəsi hansıdır?
A) etimologiya
B) fonetika
C) morfologiya
D) leksikologiya
E) orfoepiya
Dostları ilə paylaş: |