1. Aşağıdakılardan biri dilin funksiyalarına aiddir


«Danışıq mədəniyyəti» ifadəsi nə deməkdir?



Yüklə 1,97 Mb.
səhifə4/5
tarix09.02.2018
ölçüsü1,97 Mb.
#42471
1   2   3   4   5

273. «Danışıq mədəniyyəti» ifadəsi nə deməkdir?

A) insanın əxlaq normaları daxil olmaqla danışığı

B) yüksək natiqlik məharəti

C) insanın savadlı danışığı

D) rabitəli və məntiqi danışıq

E) hər kəsin anlayacağı qədər sadə danışıq



274. Nitq mədəniyyəti ən çox hansı elm sahəsi ilə əlaqədardır?

A) dilçiliklə

B) məntiqlə

C) ədəbiyyatla

D) fizika ilə

E) psixologiya ilə



275. Azərbaycan dili türk dillərinin hansı qrupuna daxildir?

A) Oğuz qrupuna

B) Bulqar qrupuna

C) Qarluq qrupuna

D) Qıpçaq qrupuna

E) Bunların heç birinə



276. Azərbaycan millətinin sayca ən çox yaşadıqları ölkələr hansı sıradadır?

A) Azərbaycan, İran, Türkiyə

B) Azərbaycan, Rusiya, Türkiyə

C) Azərbaycan, Almaniya, Türkiyə

D) Azərbaycan, ABŞ, Almaniya

E) Azərbaycan, Gürcüstan, İngiltərə



277. Əxlaqa və natiqlik sənətinə aid olan «Əxlaqi–Nasir» əsərinin müəllifi kimdir?

A) Nəsirəddin Tusi

B) Mir Möhsün Nəvvab

C) Nizami Gəncəvi

D) Məhəmməd Füzuli

E) Həzrət Əli



278. Nitq mədəniyyəti dilçiliyinin hansı şöbələri ilə əlaqəli inkişaf edir?

A) dilçiliyin bütün şöbələri ilə

B) fonetika ilə

C) orfoqrafiya ilə

D) leksikologiya ilə

E) orfoepiya ilə



279. Nitq fəaliyyəti hansı prosesləri özündə birləşdirir?

A) danışma, dinləmə, yazı və oxu

B) danışma və dinləmə

C) danışma və oxu

D) danışma və natiqlik

E) dinləmə və oxu



280. Nitq ünsiyyətinin növləri tam şəkildə hansı bənddədir?

A) monoloci, dialoci və poliloci nitq

B) şifahi və yazılı nitq

C) dialoci, poliloci və yazılı nitq

D) zahiri və daxili nitq

E) bunların heç biri



281. Nitq ünsiyyətinin ifadə vasitələrinə görə hansı formaları vardır?

A) şifahi və yazılı nitq

B) şifahi nitq

C) yazılı nitq

D) monoloci nitq

E) dialoci nitq



282. Monoloci nitqin hansı növləri vardır? (tam cavabı göstərin)

A) mühazirə, məruzə, çıxış və nitq

B) nitq, məruzə və məlumat

C) məruzə, mühazirə və çıxış

D) mühazirə, məlumat və nitq

E) çıxış, məlumat və nitq



283. Məruzənin əsas hansı növləri vardır?

A) hesabat, elmi və siyasi məruzə

B) elmi və siyasi məruzə

C) hesabat və siyasi məruzə

D) çıxış və hesabat məruzəsi

E) siyasi və hesabat məruzəsi



284. Natiqlik sənətinin növləri hansı bənddə tam göstərilmişdir?

A) ictimai – siyasi, akademik, məhkəmə və məişət natiqliyi

B) ictimai – məişət, akademik və ekran natiqliyi

C) akademik və ictimai – siyasi natiqlik

D) məhkəmə, akademik və dini natiqlik

E) ictimai – siyasi, məişət və akademik



285. Şifahi nitqin formaları hansı sırada daha düzgün verilmişdir?

A) monoloq, dialoq, polioloq və nisbətən də ekran nitqi

B) zahiri və daxili nitq

C) sərbəst və qeyri – sərbəst nitq

D) monoloci, zahiri və daxili nitq

E) dialoci, monoloci və daxili nitq



286. Ədəbi dil dilin hansı normaları əsasında formalaşır?

A) fonetik, leksik və qrammatik

B) orfoepik və orfoqrafik

C) leksik və qrammatik

D) fonetik və leksik

E) orfoqrafik və qrammatik



287. Dramatik əsərlərdə şifahi nitqin hansı növlərindən istifadə olunur?

A) dialoq, monoloq və poliloqdan

B) zahiri və daxili nitqdən

C) monoloq və daxili nitqdən

D) poliloci və monoloci nitqdən

E) daxili və dialoci nitqdən



288. VII əsrdə Ərəbistanda ən görkəmli natiq kim olmuşdur?

A) Məhəmməd Peyğəmbər

B) Əl Fərabi

C) Həzrət İmam Əli

D) Nəsirəddin Tusi

E) Nizami – Mülk



289. Sözlərdən yalnız biri iltisaqilik prinsipinə uyğundur?

A) dənizçi

B) dünyəvi

C) kimyəvi

D) bivəfa

E) xəlqi


290. Aşağıdakı türk dillərindən biri oğuz qrupuna daxil deyil.

A) Qazax dili

B) Azərbaycan dili

C) Türkmən dili

D) Qaqauz dili

E) Türk dili



291. Oğuz qrupuna daxil olan türk dillərini göstərin.

A) türk, qaqauz, tərkmən və Azərbaycan dilləri

B) Azərbaycan, türk, özbək və qaqauz dilləri

C) Azərbaycan, qazax, türkmən və salur dilləri

D) türkmən, başqırd, tatar və Azərbaycan dilləri

E) qaqauz, Azərbaycan, özbək və qazax dilləri



292. «Yazıçı Anar çox həzin bir adamdır» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) leksik norma

B) qrammatik norma

C) fonetik norma

D) orfoqrafik norma

E) həm fonetik, həm də qrammatik



293. «Camaat futbol oyununa baxmağa tələsirdilər» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) qrammatik

B) leksik

C) fonetik

D) orfoepik

E) orfoqrafik və leksik



294. «Xəstənin qızdırması böyükdür» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) leksik

B) qrammatik

C) orfoepik

D) orfoqrafik

E) fonetik



295. «Monoloq» sözü mənşəcə hansı dilə məxsusdur və mənası nədir?

A) latın dilinə, mənası «bir şəxsin nitqi» deməkdir

B) latın mənşəlidir, «çox şəxslərin danışığı» deməkdir

C) yunan sözüdür, «bir şəxsin danışığı» deməkdir

D) ərəb sözüdür, «iki şəxsin söhbəti» deməkdir

E) yunan sözüdür, üç şəxsin nitqi deməkdir



296. Xüsusi hazırlıq olmadan, bədahətən, sərbəst şəkildə söylənilən nitq nə adlanır?

A) spontan nitq

B) monoloq

C) dialoq

D) təşkil olunmuş nitq

E) məruzə



297. Orfoqrafiya qaydaları tərtib olunarkən əsas prinsiplər hansı bənddə tam göstərilmişdir?

A) fonetik, morfoloci və tarixi – ənənəvi prinsip

B) morfoloci və fonetik prinsip

C) qrafik, tarixi – ənənəvi prinsip

D) fonetik və orfoepik prinsip

E) morfoloci və leksik prinsip



298. Hansı bağlayıcıdan sonra vergül qoyulur?

A) ki


B) amma

C) və


D) hətta

E) və yaxud



299. Ara sözlər yazıda digər sözlərdən hansı durğu işarəsi ilə ayrılır?

A) vergül

B) nöqtə, nöqtəli vergül

C) vergül, nöqtə

D) tire

E) sual işarəsi



300. Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, ondan sonra hansı durğu işarəsi qoyulur?

A) iki nöqtə

B) nöqtəli vergül

C) tire


D) vergül

E) üç nöqtə



301. Yazıda tabeli mürəkkəb cümlələrin tərkib hissələrini bir–birindən ayıran durğu işarəsi:

A) vergül

B) nöqtəli vergül

C) nida işarəsi

D) tire

E) dırnaq



302. Cümlədə hansı durğu işarələrinin buraxıldığını müəyyən edin.

«Doğrusu mən bu işə qarışmıram ancaq nəticəsi ilə maraqlanıram.»

A) iki vergül

B) bir vergül

C) nöqtəli vergül

D) tire, vergül

E) tire, dırnaqlar



303. Cümlələrdən hansında o əvəzliyindən sonra vergül qoyulur?

A) O meşədə tufan yıxmış palıd ağacının üstündə oturub oxuyurdu

B) O günü illərin əlindən aldıq

C) O da Kərəm deyəni deyirdi

D) O əkir, bu isə biçirdi

E) Bu dünyanın o dünyada vədəsiyəm,

Mən varlığın yoxluqdakı var səsiyəm.

304. Aşağıdakılardan hansılar cümlədə yanaşı gəldiyi sözlərdən vergüllə ayrılır?

A) modal sözlər və nida

B) ədat və nida

C) qoşma və bağlayıcı

D) qoşma və ədat

E) ədat və modal sözlər



305. Cümlədə hansı durğu işarəsinə ehtiyac var?

«Sevda cürbəcür bazarlıq şeyləri ət, yumurta, göyərti, yağ və şəkər almaq istədi.»

A) iki nöqtə

B) vergül

C) tire


D) defis

E) nöqtəli vergül



306. Hansı cümlədə vergül qoyulmalıdır?

A) Əlbəttə sözümüz sözdür

B) Heç kəs Əlinin xətrini məncə istəyə bilməz

C) Mən o günlər özümü çox xoşbəxt sanırdım

D) Bu isə özlüyündə ən mühüm hadisə idi

E) Səhər o binanın qarşısında rastlaşdıq



307. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmamalıdır?

A) Bu gün o getməlidir

B) O uşaq bağçasında işləyir

C) O mahir ovçudur

D) O gözəl sənətkardır

E) O yaxşı ad qazanıb



308. Nöqtəli vergül ; tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında hansı məna əlaqəsi olduqda işlədilir?

A) aydınlaşdırma

B) zaman

C) ardıcıllıq

D) qarşılaşdırma

E) səbəb – nəticə



309. «O» əvəzliyindən sonra hansı cümlədə vergül qoyula bilər?

A) O işdən birbaşa evə gəlir

B) O işləmir, oxuyur

C) O da bizim günümüzdədir

D) O artıq düzəlir

E) O gün gələcək



310. Nitq hissələrini və onların dəyişməsi qaydalarını öyrənən dilçilik şöbəsi necə adlanır?

A) morfologiya

B) fonetika

C) sintaksis

D) leksikologiya

E) orfoqrafiya



311. Dilçilik elminin məhəlli dil xüsusiyyətlərini öyrənən sahəsi:

A) dialektologiya

B) leksikoqrafiya

C) terminologiya

D) leksikologiya

E) orfoepiya



312. Göyərçin şəklinin sülh anlayışını bildirməsi yazının hansı növünə nümunə ola bilər?

A) fikri


B) əşyəvi

C) şəkil


D) həm şəkil, həm də hərfi

E) hərfi


313. Yazının ən mükəmməl, ən çevik forması:

A) hərfi yazı

B) əşyəvi yazı

C) şəkli yazı

D) fikri yazı

E) həm fikri, həm hərfi yazı



314. Söz birləşmələri dilçilik elminin hansı bölməsində öyrənilir?

A) sintaksis

B) leksika

C) fonetika

D) morfologiya

E) etimologiya



315. Dilçiliyin sözlərin mənşəyini öyrənən sahəsi hansıdır?

A) etimologiya

B) fonetika

C) morfologiya

D) leksikologiya

E) orfoepiya



316. Yazının ən qədim forması hansıdır

A) əşyəvi yazı

B) şəkli yazı

C) fikri yazı

D) hərfi yazı

E) həm əşyəvi, həm şəkli yazı



317. Yazılışı və deyilişi müxtəlif, mənaca eyni və ya bir–birinə yaxın sözləri əhatə edən lüğət növü hansıdır?

A) sinonimlər lüğəti

B) antonimlər lüğəti

C) omonimlər lüğəti

D) terminoloci lüğət

E) frazeoloci lüğət



318. Dil haqqında verilən fikirlərdən biri yanlışdır.

A) dil irqi və irsi cəhətlərlə bağlıdır

B) dil ünsiyyət vasitəsidir

C) dil ictimai hadisədir

D) insanın dik yeriməyə başlaması səsli ünsiyyətin yaranmasında mühüm amil olmuşdur

E) dil insana məxsusdur, heyvanlar ancaq münasibəti hiss edə bilirlər



319. Yazı ilə əlaqədar düzgün fikirləri seçin.

1) Yazı dildən əvvəl yaranmışdır 2) Yazı şərti işarələr sistemidir

3) Yazının kəşfi cəmiyyətin inkişafında əhəmiyyətli rol oynamamışdır

4) Yazı şifahi ünsiyyət vasitəsidir 5) Yazı dil və tərəkkürlə əlaqəlidir

6) Yazı xalqlar arasında mədəni ünsiyyət vasitəsidir

A) 2, 5, 6

B) 2, 4, 6

C) 1, 5, 6

D) 3, 5, 6

E) 4, 5, 6



320. Əlifba haqqında düzgün fikirlər hansılardır?

1) Əlifba hərflərin təsadüfi yığımıdır

2) Əlifba hərflərin müəyyən qayda ilə düzülüşünə deyilir

3) Azərbaycanda latın əlifbasından 30–cu illərdə də istifadə olunmuşdur

4) Bütün əlifbalarda hərflərin sırası eynidir

5) Əlifba sırası lüğətlərin tərtibində əsas prinsip hesab olunur

A) 2, 3, 5

B) 1, 3, 5

C) 2, 3, 4

D) 3, 4, 5

E) 1, 2, 4



321. Yazının tərifi hansı cərgədə düzgün verilmişdir?

A) yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir

B) yazı ünsiyyətin ən çevik formasıdır

C) yazı əşyəvi, şəkli işarələrin sistemidir

D) yazı fikrin nitqdə təzahür formasıdır

E) yazı hərflərin sıra ilə düzülüşüdür



322. Hansı lüğətə izahlı lüğət deyilir?

A) sözlərin leksik mənalarını izah edən lüğətə

B) sözün qrammatik mənalarını izah edən lüğətə

C) sözlərin mənşəyini izah edən lüğətə

D) düzgün yazı qaydalarını izah edən lüğətə

E) sözün düzgün tələffüzünü əks etdirən lüğətə



323. Yazı növlərinin tarixi ardıcıllığı hansı variantda doğru göstərilmişdir?

A) əşyəvi  şəkli  fikri  hərfi

B) əşyəvi  fikri  şəkli  hərfi

C) fikri  əşyavi  hərfi  şəkli

D) şəkli  şəkli  fikri  hərfi

E) fikri  hərfi  şəkli  əşyəvi



324. Yazı haqqında səhv fikir hansıdır?

A) əşyəvi yazıdan sonra ideoqrafik yazı meydana çıxmışdır

B) yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir

C) insanların ilk yazılı əlaqəsi əşyalar vasitəsilə olmuşdur

D) yazının ən mükəmməl, ən çevik forması hərfi yazıdır

E) sillabik yazı hərfi yazının ilk mərhələsi idi



325. Hansı fikir səhvdir?

A) sözün ədəbi dildəki tələffüz qaydası orfoqrafik norma adlanır

B) dil ünsiyyət vasitəsidir

C) nitq ünsiyyət prosesidir

D) nitq fəaliyyəti nitqin təzahürü üçün lazım gələn ictimai, psixoloci və fizioloci aktların sistemidir

E) ədəbi dilin tabe olduğu qayda – qanunlar sisteminə ədəbi dilin normaları deyilir



326. Azərbaycan dili morfoloci quruluşuna görə hansı dil tipinə daxildir?

A) iltisaqi

B) flektiv

C) kök dillər

D) həm iltisaqi, həm flektiv

E) həm flektiv, həm kök dillər



327. Ön şəkilçi qəbul etmiş söz köklərindən biri xalis türk mənşəlidir:

A) nakişi

B) naxoş

C) namərd

D) nainsaf

E) naxələf



328. Sadalanan türk dillərindən biri oğuz qrupuna daxil deyil:

A) özbək dili

B) Azərbaycan dili

C) türk dili

D) türkmən dili

E) qaqauz dili



329. Bu dil tipində sözün kökü sabit qalır, həmişə müstəqil lüğəvi mənaya malikdir, şəkilçi söz kökündən sonra gəlir:

A) iltisaqi

B) flektiv

C) kök dillər

D) həm iltisaqi, həm flektiv

E) həm kök, həm də flektiv dillər



330. Sözlərdən biri alınmadır:

A) sabah


B) çörək

C) ilıq


D) dözüm

E) doqquz



331. Oğuz dilindən (budağından) meydana gələn dillər cərgəsini göstərin.

A) türkmən dili, qaqauz dili, Azərbaycan dili, türk dili

B) Azərbaycan dili, türk dili, özbək dili, qazax dili

C) tatar dili, qumuq dili, Azərbaycan dili, uyğur dili

D) salar dili, Azərbaycan dili, başqırd dili, tatar dili

E) özbək dili, Azərbaycan dili, başqırd dili, türkmən dili



332. Sadalanan türk dillərindən biri Azərbaycan dilinin də daxil olduğu oğuz qrupuna aiddir:

A) türkmən

B) tatar

C) qazax


D) qırğız

E) özbək


333. Hansı fikir səhvdir?

A) Türk dillərində şəkilçi sözün müxtəlif yerlərində işlənə bilər

B) Qohum dillərin hamısına birlikdə dil ailəsi deyilir

C) Türk dilləri morfoloci quruluşuna görə aqqlütinativ dillərə daxil edilir

D) Qədim türk dili sonradan bu dillərə (şaxələrə) ayrılır: oğuz dili, qıpçaq dili, qarluq dili

E) Azərbaycan dili, türk dili, türkmən dili, qaqauaz dili türk dillərinin oğuz qrupunu təşkil edir



334. İltisaqi dillər üçün əsasdır:

A) şəkilçilərin sözün sonuna artırılması

B) söz kökünün daxildən dəyişməsi

C) ön şəkilçilərin işlənməsi

D) sözə əvvəl qrammatik, sonra leksik şəkilçilərin artırılması

E) ahəng qanununun olmaması



335. Dil ailəsi hansı dillərə deyilir?

A) eyni kökdən törəyən qohum dillərə

B) eyni coğrafi məkanda yerləşən qonşu xalqların dillərinə

C) eyni ölkədə yaşayan müxtəlif xalqların dillərinə

D) eyni yazı mədəniyyətinə malik olan dillərə

E) eyni tarixi inkişaf yolu keçmiş dillərə



336. «Hələlik, salamat qalın, görüşənə qədər» ifadələri nitq etiketlərinin hansı növünə daxildir?

A) ayrılma

B) görüşmə

C) təbrik

D) müraciət

E) alqış


337. Üz əzələlərinin mənalı hərəkətləri hansı terminlə ifadə olunur?

A) mimika

B) cest

C) etiket



D) nitq

E) ritorika



338. «Vətəndaş», «cənab» sözləri nitq etiketlərinin hansı növünə daxildir?

A) müraciət

B) görüşmə

C) təbrik

D) alqış

E) ayrılma



339. «Salam, xanım! Xoş gördük! Gün aydın! Axşamınız xeyir!» sözləri nitq etiketlərinin hansı növünə aiddir?

A) görüşmə

B) müraciət

C) ayrılma

D) alqış

E) təbrik



340. Xəbər mübtəda ilə uzlaşmırsa, ədəbi dilin hansı norması pozulmuş sayılır?

A) qrammatik

B) leksik

C) həm leksik, həm qrammatik

D) orfoqrafik

E) orfoepik



341. «Uğur olsun», «Yaxşı yol» sözləri nitq etiketlərinin hansı növünə aiddir?

A) ayrılma

B) alqış

C) təbrik

D) görüşmə

E) müraciət



342. Göstərilənlərdən biri görüşmə etiketlərinə aid deyil:

A) görüşənə qədər

B) xoş gördük

C) xoş gəlmişsiniz

D) axşamınız xeyir

E) sabahınız xeyir



343. «Ömrün uzun olsun!», «Canın sağ olsun!», «Bəxtin ağ olsun!» nümunələri nitq etiketlərinin hansı növünə aiddir?

A) alqış


B) müraciət

C) təbrik

D) görüşmə

E) ayrılma



344. «Onun yüksək hafizəsi vardır» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) leksik

B) fonetik

C) ortoepik

D) qrammatik

E) orfoqrafik



345. Bu nitq normalarından biri yalnız şifahi ədəbi dilə aiddir:

A) orfoepik

B) orfoqrafik

C) leksik – semantik

D) morfoloci

E) sintaktik



346. Millətin, xalqın ümumi ünsiyyətinə xidmət edən, möhkəm qayda–qanunlara tabe olan nitq forması hansıdır?

A) ədəbi dil

B) dialekt

C) xalq danışıq dili

D) milli dil

E) şivə


347. Bu norma hər bir şəxsdən sözün mənasına bələd olmağı, onu düzgün və yerində işlətməyi tələb edir:

A) leksik

B) orfoepik

C) orfoqrafik

D) morfoloci

E) sintaktik



348. «Cənablar! Mən güman edirəm ki, Birləşmiş Millətlər Təşkilatı öz böyük siyasi nüfuzundan istifadə edib, Azərbaycana və Azərbaycan xalqına qarşı qeyri – sivilizasiyalı, hətta birbaşa aqressiv münasibətə son qoyulmasına çalışacaqdır». Bu nitqi natiqliyin hansı növünə aid etmək olar?

A) siyasi natiqlik

B) bədii natiqlik

C) akademik natiqlik

D) inzibati – idarə natiqliyi

E) işgüzar natiqlik



349. Filologiyanın dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənən praktik sahəsi:

A) nitq mədəniyyəti

B) leksikologiya

C) qrammatika

D) fonetika

E) üslubiyyat



350. «Toyuqlar yuvalarına doluşdular» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) leksik

B) fonetik

C) qrammatik

D) fonetik və leksik

E) leksik və qrammatik



351. Antik dövrün natiqləri cərgəsində verilənlərdən biri yanlışdır.

A) Xətib Təbrizi

B) Platon

C) Aristotel

D) Demosfen

E) Siseron



352. «Xəstənin böyük qızdırması var» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) leksik

B) fonetik

C) qrammatik

D) orfoqrafik

E) orfoepik



353. «Bu iki kitabları müəllimə çatdırın» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) qrammatik

B) leksik

C) orfoepik

D) orfoqrafik

E) orfoqrafik və qrammatik



354. «Mən, sən və müəllimlər iclasda iştirak edəcəklər» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) qrammatik

B) leksik

C) fonetik

D) leksik və fonetik

E) fonetik və qrammatik



355. «Görüşə siz və onlar dəvət olunublar» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) qrammatik

B) leksik

C) fonetik

D) leksik və qrammatik

E) fonetik və leksik



356. «Qapını döyürlər» əvəzinə «qapını vururlar» ifadəsini işlətsək, ədəbi dilin hansı norması pozulmuş olar?

A) leksik

B) qrammatik

C) fonetik

D) qrammatik və fonetik

E) leksik və fonetik



357. Natiqlik sənətinin ikinci adı:

A) ritorika

B) etiket

C) mimika

D) cest

E) etika


358. Müraciət etiketlərini göstərin.

1) Xanım! 2) Salam! 3) Əlvida!

4) Mübarək! 5) Var ol! 6) Cənab!

A) 1, 6


B) 1, 2, 5

C) 2, 3, 4

D) 3, 4

E) 4, 5


359. Nitq mədəniyyətinin hamı üçün məcburi olan əsas şərti nədir?

A) nitqin düzgünlüyü

B) nitqin dəqiqliyi

C) nitqin ifadəliliyi

D) nitqin elmiliyi

E) nitqin sərbəstliyi



360. «Silahlı əsgərlər kəndin sakit sakinlərinə amansız divan tutdular» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) leksik

B) qrammatik

C) fonetik

D) orfoqrafik

E) orfoepik



361. «Babamın maraqlı yaddaşına söz ola bilməzdi» cümləsində hansı söz leksik normaya uyğun deyil?

A) maraqlı

B) babamın

C) yaddaşına

D) söz

E) ola bilməzdi



362. «Sən də, Murad da karikatura çəkməkdə çox mahirsən» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) qrammatik

B) leksik

C) orfoqrafik

D) orfoepik

E) həm orfoqrafik, həm orfoepik



363. Ədəbi dilin leksik normasının əsas tələbi hansıdır?

A) sözün mənasına bələd olmaq, onu düzgün və yerində işlətmək

B) sözün düzgün tələffüz edilməsi

C) sözün düzgün yazılması

D) sözün düzgün tələffüz edilməsi və düzgün yazılması

E) sözlər və cümlələr arasındakı əlaqələri düzgün qurmaq



364. Bunlardan birinin konkret predmetini müəyyənləşdirmək çox çətindir:

A) nitq mədəniyyəti

B) fonetika

C) leksika

D) frazeologiya

E) qrammatika



365. Ədəbi dil haqqındakı fikirlərdən biri yanlışdır.

A) ədəbi dildə nitqin sərbəstliyi əsasdır

B) ədəbi dil inkişafla bağlı olaraq dəyişir

C) ədəbi dil həm fonetik, həm qrammatik, həm də leksik normalara əsaslanır

D) ədəbi dil hamının başa düşdüyü dildir

E) ədəbi dildə məhəlli xarakterli sözlərə yer verilmir



366. Ədəbi dilin qrammatik normasının əsas tələbi:

A) sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulması

B) sözün mənasına bələd olmaq, onu düzgün işlətmək

C) milli sözləri daha çox işlətmək

D) sözü düzgün tələffüz etmək və düzgün yazmaq

E) məhəlli, yerli sözləri nitqdə işlətməmək



367. Düzgün nitq o nitq forması sayılır ki:

A) dilin fonetik, leksik, qrammatik qayda – qanunları pozulmasın

B) obrazlılıq və məcazililikdən geniş istifadə edilsin

C) ancaq ümumişlək sözlərdən ibarət olsun

D) yığcamlıq, sadəlik tələblərinə əməl edilsin

E) terminlərdən istifadə etməklə elmilik gözlənilsin



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin