1 Atropatena dövlətinin qonşu dövlətlərlə münasibəti



Yüklə 21,46 Kb.
səhifə1/4
tarix18.10.2022
ölçüsü21,46 Kb.
#118371
  1   2   3   4
1 Atropatena dövlətinin qonşu dövlətlərlə münasibəti


1 Atropatena dövlətinin qonşu dövlətlərlə münasibəti
Tarixi mənbələr müstəqil Azərbaycan (Atropaten) dövlətinin eramızdan əvvəl IV əsrdə yarandığını göstərir. Z.Bünyadov və Y.Yusifovun redaktorluğu ilə nəşr olunan "Azərbaycan tarixi" kitabında qeyd olunur ki, e. ə. IV əsrin sonunda İsgəndərin vəfatından sonra onun yaratdığı imperiya dərhal parçalandı. İsgəndərin diadox adlanan sərkərdələri arasında hakimiyyət uğrunda mübarizə başlandı. Mübarizənin qızışmasının qarşısını almaq üçün İsgəndərin ağıldan kəm qardaşı Arrideyi və Baktriya hökmdarının qızı Roksanadan olan südəmər oğlu İsgəndəri (Aleksandrı) hökmdar elan etdilər. Sərkərdə Perdikka onlara qəyyum təyin olundu.
Lakin bu sakitlik uzun sürmədi. Perdikka Ptolemeyə qarşı ordu ilə çıxış etdi, lakin e. ə. 321-ci ildə öz sərkərdələri tərəfindən öldürüldü. Nəticədə, İsgəndərin imperiyası diadoxlar arasında bölüşdürüldü. Sələvk (e. ə. 321-281-ci illər) Suriyanı və Babilistanı götürdü, İranı və Orta Asiyanı tutub hakimiyyətini Hindistana qədər genişləndirdi. E. ə. III əsrin ortalarında Orta Asiyada meydana gəlmiş Parfiya dövləti İranı tutaraq beş əsr (e. ə. III əsrin ortası - e. 226-cı ili) hökmranlıq etdi, eyni zamanda, sələvkilər və Roma imperiyası ilə uzun-uzadı müharibələr aparmalı oldu.
Azərbaycan sanki baş verən hadisələrdən kənarda qalmışdı. I əsr ənənəsinə görə, Adərbayqanda (Atropatenada) hökmran sülalənin banisi hesab edilən Atropat, əslində, Midiya satrapı (canişini) olmuşdu. Sonrakı qaynaqlara görə, o, Qavqamela döyüşündə midiyalılara başçılıq edirdi və III Daranın tərəfində vuruşurdu. Arrian xəbər verir ki, "Atropat midiyalılara başçılıq edirdi. Kadusilər, albanlar və sakasinlər midiyalılar ilə birləşmişdilər". Bu məlumata əsasən, belə bir fikir söylənmişdi ki, Atropat guya öz hakimiyyətinə Azərbaycanı da tabe etmişdi. Azərbaycanın (Albaniyanın) sakinləri olan albanlar və sakasinlər könüllü surətdə Əhəmənilərə hərbi dəstələr göndərirdilər. Azərbaycan sakinləri: kaspilər, mardlar və ümumiyyətlə, qafqazlılar müxtəlif birləşmələrə daxil idilər. Artabazan mardların daxil olduğu fars dəstələrinə, Fradat isə kaspilərə rəhbərlik edirdi. Əhəmənilərin hərbi dəstələrinin başçıları, adətən, iranmənşəli, sərkərdələr olurdu. Arrian ardıcıl surətdə Atropatı Midiya satrapı adlandırır. Azərbaycanın Atropata tabe olması barədə qaynaqlar (Strabondan başqa) heç bir məlumat saxlamamışdır. Kursi Ruf Cancal döyüşü ilə əlaqədar süvari dəstəsinin rəisi Satropatı yad etmişdir. Atropat və Satropatın eyni şəxs olduğu mülahizəsi də olmuşdur. Kursi Rufun məlumatına görə, Ariston "fars süvarilərinin rəisi Satropatın boynunu nizə ilə deşdi... və qılıncla başını kəsdi". Atropat isə İsgəndərlə ittifaqa girərək, Midiya satrapı vəzifəsini bir müddət saxlayır, Cancal döyüşündən sonra III Dara keçmiş müttəfiqlərindən məhrum oldu və heç bir tayfa onun köməyinə gəlmədi... Arrian xəbər verir ki, "nə kadusilər, nə də skitlər onun köməyinə gəlmədilər". Yəqin ki, "skitlər" anlayışı Araz çayından şimalda yaşayan etnosları, o cümlədən, albanları, sakasinləri, kaspiləri və s. nəzərdə tuturdu. Kursi Rufun məlumatına görə, İsgəndər amazonkaların hökmdarəsi Falestrislə görüşmüşdü. Falestris guya Qafqaz dağından tutmuş Fazis (Rioni) çayına qədərki ərazidə hökmranlıq edirmiş. Ola bilsin ki, Nizami Gəncəvinin "İsgəndərnamə" poemasındakı Bərdə hökmdarəsi Nüşabə surəti bu tarixi məlumatın təsiri altında yaradılmışdır.
Qələbədən sonra İsgəndər fars əyanı Oksidatı Midiyaya satrap təyin etdi, lakin bir müddət sonra onun yerinə Arsakı (Arilər ölkəsinin satrapını) qoydu. Eyni zamanda, e. ə. 328-ci ildə Atropat Midiya satrapı kimi göstərilmişdir. Çox güman ki, Atropat xüsusi ad yox, hökmdara məxsus dini rütbə olmuşdur. Atropat İran dillərində "odla saxlanılan", yaxud "od saxlayan" deməkdir. Bəlkə də Atropat rütbəsini odu qoruyan, oda ibadəti əlində cəmləşdirən baş kahin daşıyırmış. Belə olduqda, yenə də onun əsil adı naməlum qalır. Eyni zamanda, o, ölkəni də idarə edirmiş. Atropat Pasarqad və Suz şəhərində İsgəndərin görüşündə olmuş və ona yüz nəfər silahlı amazonka (qadın) bəxşiş vermişdi.
İsgəndər Atropatı Midiya satrapı vəzifəsində saxlamış və onu Mndiyaya qaytarmışdı. Bundan başqa, İsgəndər sərkərdəsi Perdikka ilə Atropatın qızını evləndirmişdi. E. ə. 324-cü ildə İsgəndər Hindistan səfərindən qayıtdıqdan sonra Atropat midiyalı Bariaksı üsyançı kimi ona təhvil verir. Barnaks özünü "farsların və midiyalıların şahı" elan edibmiş. İsgəndərin əmrilə Bariaks və onun tərəfdarları edam edilir. Belə təsəvvür yaranır kn, Atropatın Midiyada mövqeyi möhkəm deyildi və Midiyada bir neçə satrap (Arsak, Atropat, Bariaks) hökmranlıq edirmiş. Atropatın səyi hədər getmir. O, İsgəndərin etibarını qazanır və Mndiyanın satrapı vəzifəsində möhkəmlənir. İsgəndərin dövründə Urmiya gölü hövzəsində müstəqil padşahlıq mövcud idi. Bu, Adərbayqan, İrandilli ənənəyə görə Atropatena dövləti idi. Sonralar (e. I əsri) irandilli əhalinin rəvayətlərində Atropat Urmiya gölü hövzəsində yaranmış və İsgəndərin dövründə müstəqil idarə-üsulunu saxlamış Adərbayqan dövlətinin banisi kimi qələmə verilmiş və ölkə onun adı ilə Atropatena adlandırılmışdı.
Demək olar ki, İsgəndərin ölümündən sonra Atropatın adı qaynaqlarda bir daha çəkilmir. Perdikka, Atropatın yeznəsi olmasına baxmayaraq, satrapların yenidən bölgüsü zamanı Midiya satraplığını yunan sərkərdəsi Pifona tapşırmışdı. Beləliklə, Atropat Midiya satrapı vəzifəsindən kənar edildi. Bəzi mülahizələrə görə, Atropat bu vaxtdan (e. ə. 323-cü ildən) etibarən Urmiya gölü hövzəsi vilayətlərini, yəni gələcək Atropatenanı (Adərbayqanı) özünə tabe etmiş və oranın hökmdarı olmuşdu. Lakin Pifon I Antiqon ilə döyüşlərin birində (e. ə. 316-cı il) məğlub olur və edam edilir. Bundan sonra Adərbayqan hadisələri barədə məlumat verilmir. Ehtimal etmək olar ki, Adərbayqan müstəqil siyasət yürüdürdü, diadoxlar arasında hakimiyyət uğrunda gedən mübarizəyə qoşulmurdu və yerli hakimlər tərəfindən idarə olunurdu. Lakin onların adları məlum deyil. Adərbayqan ilə əlaqədar hadisələr məhz e. ə. III əsrin sonunda qaynaqlarla yad edilir.
Abdulla Fazili Atropatenanın yarandığı tarixi şəraitdən bəhs edərək yazır ki, yuxarıda göstərdiyimiz tarixi şəraitdə Midiya-Atropatena dövlətinin əsası belə qoyuldu. İsgəndərin ölümündən sonra isə bu dövlət qurumu tam, müstəqil siyasət yürüdən güclü bir dövlətə çevrildi. Bu dövlətin ərazisi indiki Cənubn Azərbaycan vilayətlərini, İran Kürdüstanının bir hissəsini, Azərbaycanının isə bəzi əyalətlərini əhatə edirdi.Strabonun göstərdiyinə görə, Atropatenanın (Kiçik Midiya) sərhədləri belə olmuşdur.
Bu ölkə Matianadan şərqdə, Böyük Midiyadan qərbə tərəf, hər iki ölkədən şimalda yerləşmişdir. Cənubdan o, Hirkan dənizinin çökəkliyinə yaxın əyalətlərlə və Matiana ilə həmsərhəddir.

Yüklə 21,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin