1. Avtomatik idarəetmə (tənzimləmə) sahəsində əsas anlayışlar


Avtomatik idarəetmə sistemlərinin (AİS) təsnifatı



Yüklə 1,19 Mb.
səhifə2/24
tarix31.12.2021
ölçüsü1,19 Mb.
#113226
1   2   3   4   5   6   7   8   9   ...   24
Avtomatik idarəetmənin əsasları fənnindən mühazirələr konspekti

1.1 Avtomatik idarəetmə sistemlərinin (AİS) təsnifatı.
AİS-lər müxtəlif əlamətlərinə görə siniflərə bölünür:

1) AİQ ilə idarəolunma obyekti (O) arasındakı təsirə görə AİS-lər "açıq" və "qapalı" sistemlərə bölünür. Açıq sistemdə AİQ-dən obyektə təsir göstərilir, obyektdən isə AİQ-ə təsir göstərilmir.



f-lər ətraf mühitin xarici həyəcancı təsiridir.

Qapalı AİS-də həm AİQ-dən və həm də obyektdən AİQ-ə təsir göstərilir, yəni əks əlaqə var.




2) Qapalı dövrələrin sayına görə AİS-lər bir konturlu və çox konturlu sistemlərə bölünürlər. Bir konturlu sistemlərdə bir kapalı dövrə olur.

İki və daha çox qapalı dövrəsi olan sistemlərə çox konturlu sistemlər deyilir.



Bir giriş və bir çıxış kəmiyyətinə (siqnalına) malik olan sistemə bir ölçülü sistem deyilir. İki və daha çox girişə (çıxışa) və yaxud giriş və çıxışa malik olan sistemə çox ölçülü sistem deyilir.

3) Daxili dinamiki prosesin təsir xarakterinə görə AİS-lər fasiləli və fasiləsiz sistemlərə bölünür. Fasiləli sistemlərə çox hallarda diskret və yaxud impuls sistemlər də deyilir.

Fasiləsiz AİS-lərdə giriş kəmiyyətinin fasiləsiz dəyişməsinə çıxış kəmiyyətinin fasiləsiz dəyişməsi uyğun gəlir.



Fasiləli (diskret) sistemlərdə giriş kəmiyyətinin fasiləsiz dəyişməsində çıxış kəmiyyəti müəyyən zaman intervalından bir yaranan impulslar şəklində verilir.

4) Dinamikasının riyazi ifadəolunmasına görə AİS-lər xətti və qeyri-xətti sistemlərə bölünür. Xətti AİS-lərin dinamikası xətti (diferensial, cəbri) tənliklər ilə, xətti fərq tənlikləri ilə yazılır. Qeyri-xətti sistemlərdə elementlərinin heç olmasa birinin statik xarakteristikası qeyri-xətti olur və yaxud onun xəttiliyi bu və ya digər səbəbdən pozulur.

5) Təsir (idarəetmə) prinsipinə görə AİS-lər meyl etməyə görə, həyəcanlandırıcı təsirə görə, kombinə olunmuş sistemlərə bölünür.

AİS-lərin elementlərini bir-birindən iki cür fərqləndirirlər. Yəni ona iki cür yanaşma mövcuddur. Birinci yanaşmada AİS-lərin tərkib hissələrini onların yerinə yetirdiyi funksiyalara görə (təyinatına görə) bir-birindən fərqləndirirlər. Belə funksiyalarda çevirməni, korreksiya etməni, gücləndirməni, qüvvə yaratmanı və s. qeyd etmək olar. Belə hallarda funksional element anlayışı ortaya çıxır. AİS-ləri tərkib hisslərinə bu cür yanaşma onların konstruksiyasının layihələndirilməsi üçün daha əlverişli sayılır. İkinci yanaşmada isə AİS-lərin elementlərini eyni şəraitdə, eyni növ həyəcancı təsirə məruz qoyduqda onlarda baş verən keçid prosesinin tənliyinin növünə görə bir-birindən fərqləndirirlər. Bu zaman elementar dinamiki manqa anlayışı ortaya çıxır. AİS-in bir sərbəstlik dərəcəsinə malik olan elementinə (elementlər qrupuna) dinamiki manqa deyilir. Bir sərbəstlik dərəcəsinə malik olan maddi sistemlər kimi dinmaiki manqaları da ikidən yüksək olmayan tərtibli diferensial tənliklərlə yazılır. Misal olaraq mexaniki dövrələrdə istifadə olunan ling quruluşunu, RC elektrik dövrəsini göstərmək olar.















işarə edək


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin